“Məktəb icmaları” layihəsi çərçivəsində məktəb direktorları və məktəb icma sədrləri ilə görüş keçirilib.
276 nömrəli tam orta məktəbdə təşkil edilən görüşdə “Məktəb icmaları” layihəsi barədə məlumat verilib.
Qeyd olunub ki, “Birlikdə öyrənirik, istirahət edirik, inkişaf edirik” devizi altında fəaliyyət göstərən məktəb icması – məktəb həyatını birlikdə daha maraqlı etmək üçün yaradılmış müəllim, valideyn və şagird birliyidir.
Tədbirdə “Məktəb icmaları” layihəsinə qoşulmuş məktəblərin təcrübəsindən və icma qurumlarının fəaliyyətinin müsbət nəticələrindən bəhs edilib. Bildirilib ki, icmaların təşkil edildiyi məktəblərdə valideynlər övladlarının təhsili ilə yaxından tanış olmaq imkanı qazanır və bu prosesdə fəal iştirakçıya çevrilirlər. Şagirdlər müstəqil şəkildə araşdırmalar, mülahizələr edir, fərdi və yaşıdları ilə birgə komandada işləmək bacarığı qazanır, əylənir və öyrənirlər. Müəllimlər isə öyrətməklə kifayətlənməyərək şagirdlərə və valideynlərə lazımi pedaqoji, texniki və mənəvi dəstək göstərir, bələdçilik edirlər.
BŞTİ-nin Mətbuat Xidməti