“Məktəbəhazırlıq qruplarında işin təşkili metodikası” proqramı üzrə iyulun 13-dən başlayan kurslar davam edir.
Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu və “Təhsildə İnnovativ Texnologiyalar” Əlavə Təhsil Mərkəzi tərəfindən təşkil olunan kurslar iyulun 20-dək davam edəcək. Əsas məqsəd uşaqların erkən yaş dövründən intellektual, fiziki və psixi inkişafını, sadə əmək vərdişlərinə yiyələnməsini, istedad və qabiliyyətinin üzə çıxarılmasını, sağlamlığının qorunmasını, estetik tərbiyəsini, təbiətə və insanlara həssas münasibətinin formalaşmasını təmin etmək üçün məktəbəhazırlıq qruplarında dərs deyəcək müəllimlərdə zəruri bacarıqlar formalaşdırmaqdır.
Kursları uğurla başa vuran müdavimlərə ixtisasartırma təhsili haqqında dövlət nümunəli sertifikatlar veriləcək.
Təhsil-press.az