Sınaq imtahanları üçün ödəmə kartlarını “Şəxsi kabinet”dən və SMS-lə əldə etmək mümkündür

Sınaq imtahanları üçün ödəmə kartlarını “Şəxsi kabinet”dən və SMS-lə əldə etmək mümkündür Dövlət İmtahan Mərkəzinin (DİM) elektron xidmətlərindən yararlanmaq üçün istifadə olunan ödəniş üsulları açıqlanıb.
DİM-dən tehsil-press.az-a bildiriblər ki, “Şəxsi kabinet”in hesabına lazımi miqdarda vəsait əlavə etmək üçün müxtəlif ödəniş üsullarından yararlanmaq olar. Bu sıraya ödəniş sistemlərinin veb portalları (Hökumət ödəniş portalı, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin ödəniş sistemi, GoldenPay, EasyPay, Mobile Payment Systems), özünəxidmət köşkləri, poçt şöbələri və SMS vasitəsilə ödəniş daxildir. Sınaq imtahanlarına yazılmaq üçün ödəmə kartlarını “Şəxsi kabinet”dən və SMS-lə əldə etmək mümkündür.

Tehsil-press.az

Oxşar xəbərlər