Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) Dünya Turizm Günü və “Turizm işçiləri günü” peşə bayramı münasibətilə seminar keçirilib.
“Turizm işçiləri gününün qeyd olunması və turizm təhsilinə başlayan tələbələrə tövsiyələr” mövzusuna həsr olunan seminarda ali təhsil müəssisəsinin müəllimləri, tələbələr, Bakı Turizm Peşə Məktəbinin (BTPM) şagirdləri iştirak ediblər.
Tədbirdə ATMU-nun rektoru İlham Mədətov diqqətə çatdırıb ki, 1979-cu ildə BMT-nin Dünya Turizm Təşkilatının Baş Assambleyası tərəfindən 27 sentyabr - Dünya Turizm Günü kimi təsis olunub. 2016-cı ildən başlayaraq Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə Azərbaycanda həmin gün “Turizm işçiləri günü” peşə bayramı kimi qeyd olunur. Son dövrdə ölkəmizdə turizm sahəsində aparılan islahatlar, beynəlxalq səviyyəli tədbirlərin keçirilməsi, dünyanın müxtəlif yerlərində təşkil olunan sərgilər Azərbaycanın yüksək səviyyədə təbliğinə və turizmin inkişafına xidmət edir.
Rektor vurğulayıb ki, Azərbaycanın sürətli iqtisadi inkişafının davamlılığının təmin olunması strategiyası çərçivəsində “Qara qızılı insan kapitalına çevirmək” ideyası ölkəmizdə təhsilin bütün pillələrində ciddi və köklü dəyişikliklərin həyata keçirilməsini zərurətə çevirib. Qeyri-neft sektorunda xüsusi çəkiyə malik turizmin dinamik inkişafına təkan verə bilən yüksək ixtisaslı, peşəkar kadrlar hazırlamaq tələbi ATMU-nun ümdə vəzifəsi olaraq qalır. İ.Mədətov deyib: “Təhsil, təlim, təcrübə, tədqiqat modelinə əsaslanmaqla bu günün tələbəsi olan gənclərdən yaxşı oxumaq, nüfuzlu otel və turizm sənayesi müəssisələrində peşəkarların təcrübəsindən səmərəli faydalanmaq tələb olunur. İnanırıq ki, tələbələrimiz həm valideynlərinin, həm də müəllimlərin onlara olan inamını layiqincə doğruldacaqlar”.
Tədbirdə ATMU-nun müvafiq struktur rəhbərləri, BTPM-nin direktoru Neylüfər Kərimova tələbə və şagirdlərə tövsiyələrini veriblər.
ATMU-nun Mətbaut Xidməti