Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) turizm və otelçilik ixtisasında təhsil alan tələbələrinin istehsalat təcrübəsi 22 həftə davam edir. Tələbələr Mədəniyyət və Turizm Nazirliyində, ölkəmizdə və İsrail, Rusiya, Türkiyə, Yunanıstan, Şimali Kipr Türk Respublikası, İspaniya, Almaniya kimi ölkələrdə yerləşən otellərdə, turizm şirkətlərində və obyektlərində təcrübə keçirlər. İsraildəki “İSRotel” şəbəkəsi ilə artıq 10 ildir ki, əməkdaşlıq qurulub. Bu dövrdə təcrübə proqramından 150-dən çox tələbə yararlanıb. 2016/2017-ci tədris ilində isə İsraildə 38 tələbə təcrübə keçəcək.
Bu sözləri ATMU-nun keyfiyyət təminatı şöbəsinin müdiri Nərminə Abdullayeva AZƏRTAC-a müsahibəsində deyib.
Şöbə müdirinin sözlərinə görə, müasir tələblərə cavab verən keyfiyyətli kadrların hazırlığı prosesini həyata keçirmək məqsədilə ATMU-da təcrübə qazanmaq imkanına böyük əhəmiyyət verilir. Belə ki, universitetdə bakalavrlar üçün yay tanışlıq və istehsalat, magistrlər üçün elmi-tədqiqat və elmi-pedaqoji təcrübələr təşkil olunur. Bu prosesin təşkili, gedişata nəzarəti, qiymətləndirilməsi və qeydiyyatının aparılması universitetin keyfiyyət təminatı şöbəsinin fəaliyyətinə aiddir.
N.Abdullayeva vurğulayıb ki, təcrübə dövrünə hazırlıq ərəfəsində “Fairmont Baku”, “Jumeirah Bilgah Beach” və digər bu kimi nüfuzlu otellərin universitetdə təqdimatlarının keçirilməsi, təcrübə proqramları ilə tanışlıq, seçim müsahibələrinin təşkili artıq ənənə halını alıb. Belə tədbirlərin təşkili məzunlarımızın işlə təmin olunmasında böyük rol oynayır.

ATMU-nun Mətbuat Xidməti