Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) “Multikultural dəyərlər və dadlar” mövzusunda tədbir keçiriləcək.
Ölkəmizdə “Multikulturalizm ili”nin başa çatması, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü, yeni təqvim ili və bu təhsil ocağının nəzdində Bakı Turizm Peşə Məktəbinin fəaliyyətə başlamasının beşilliyi münasibətilə tədbir keçiriləcək.
Tədbirin təşkilinin məqsədi multikulturalizm dəyərlərini təbliğ etməkdir. Tədbirdə müxtəlif xalqların tələbələr tərəfindən hazırlanan milli yeməkləri iştirakçılara təqdim olunacaq.
Tədbirdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin, Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin, ölkəmizdə fəaliyyət göstərən xarici dövlətlərin mədəniyyət mərkəzləri rəhbərlərinin iştirakı gözlənilir.

ATMU-nun Mətbuat Xidməti