Londonda Dəniz Universitetlərinin Beynəlxalq Assosiasiyasının (İAMU) təşkilatı ilə tələbə forumu keçirilib. Forumda Azərbaycan Dövlət Dəniz Akademiyasını “Gəmi mexanikası” fakültəsinin “Gəmi energetik qurğularının istismarı mühəndisliyi” ixtisasının 3-cü kurs tələbəsi Azər Ağazadə təmsil etmişdir. Gələcəyin dənizçiləri İngiltərə paytaxtında Beynəlxalq Dəniz Təşkilatının (İMO) qərargahında olublar. Müxtəlif ölkələrin dənizçilik universitetlərindən gəlmiş 60-dan çox tələbənin iştirak etdiyi görüşdə İMO-nun baş katibi Kitak Lim bu beynəlxalq təşkilatın fəaliyyəti, dəniz nəqliyyatına tələblər, qarşıdakı hədəflər barədə ətraflı məlumat verib.
Tələbələr həmçinin dənizçilərin işə cəlb edilməsi, gəmidə keyfiyyətli fəaliyyət və dəniz nəqliyyatında gender bərabərliyi məsələlərinə dair seminarlarda iştirak ediblər.
Sonra tələbələr hər bir seminarda müzakirə olunmuş mövzular haqqında qısa hesabatlar hazırlayıblar. Bu hesabatlar tələbə forumunun rəsmi jurnalına daxill ediləcək. Qeyd edək ki, tələbə forumu Nippon Fondu tərəfindən təşkil olunmuşdur.
ADDA-nın Mətbuat Xidməti