5 oktyabr - Beynəlxalq Müəllimlər Günü bütün dünyada olduğu kimi, ölkəmizdə də çoxmilli təhsil işçiləri üçün əziz bir gündür. Bu günü YUNESKO 1966-cı ildə müəllimlərin statuslarının artırılması ilə bağlı qəbul edərək dünya müəllimlərinə hədiyyə etmişdir. Ölkəmizdə Beynəlxalq Müəllimlər Günü 1993-cü ildən qeyd edilməyə edilməyə başlayıb. Müəllim adına tapınanlar hər il olduğu kimi, bu il də peşə bayramlarını böyük coşqu ilə qeyd etdilər.
Bu, danılmaz bir həqiqərdir ki, hər bir tarixi mərhələdə cəmiyyətin tərəqqisi bilavasitə təhsilin inkişafından, onun əhəmiyyətinin düzgün qiymətləndirilməsindən asılı olub. Məhz buna görədir ki, Birləşmiş Millətlər Təşkilatı XXVI yüzilliyi "Təhsil əsri" elan edib. Bu da onu qətiyyətlə deməyə əsas verir ki, yüksək intellektə malik insan kapitalının formalaşmasında, davamlı inkişafa zəmin yaradan güclü iqtisadiyyatın qurulmasında təhsilin rolu heç vaxt indiki kimi aktual olmayıb. təhsil cəmiyyətin fəal hərəkətverici, inkişafetdirici qüvvəsinə çevirənlər isə məhz müəllimlərdir. Təhsil məhz müəllim əqlinin gücü ilə cəmiyyətin inkişaf amilinə çevrilir, biliklərin, mədəniyyətin, milli adət-ənənələrin daşıyıcısı olan yeni-yeni nəsillər məhz müəllim zəkasının nurundan, müəllim əqlinin hərarətindən pay alaraq formalaşır. Elə bu baxımdan da müəllim təhsildə əsas sima, aparıcı qüvvədir. Buna görə də müəllimlik bütün dövrlərdə və bütün ölkələrdə ən şərəfli peşə hesab olunub, bu müqəddəs adı daşıyanlara həmişə böyük hörmət və ehtiram göstərilib. Ən böyük dahilər belə həyatda qazandıqları uğurlara görə əvvəlcə müəllimlərinə borclu olduqlarını bildiriblər. Dahi şəxsiyyət, xalqımızın ümummilli lideri Heydər Əliyev böyük fəxrlə deyir ki, mən dünyada müəllimdən yüksək ad tanımıram. Bizim hər birimiz elmi dərəcəmizdən, biliyimizdən, təhsil səviyyəmizdən asılı olmayaraq müəllimə borcluyiq... Həyatın müəllimliyə həsr edən insanlar, həqiqətən fədakar, xalqına,millətinə sədaqətli və eyni zamanda qəhrəmanlıq göstərən insanlardır.
Bəli, müəllimə verilən bundan yüksək qiyməti təsəvvür etmək çətindir.
Hazırda məktəblərimizdə bu qiymətə layiq olan, öz sənətini ürəkdən sevən, yüksək peşəkarlığı ilə seçilən, nümunəvi əxlaqi keyfiyyətlərə malik nəsil tərbiyələndirmək vəzifəsini şərəflə yerinə yetirən müəllimlər çoxdur.
Onu da xatırladıq ki, bir çox sənət və peşə bayramlarının dünya miqyasında qeyd olunması müəllimlik peşəsinin başqa sənət və peşələrdən yüksəkdə durduğunu, müəllimlərin bütün millət və xalqlar arasında böyük hörmətə və nüfuza malik olmalarını sübut edir. Ölkəmizdə müəllimlər dövlətimizin hərtərəfli qayğısı ilə əhatə olunub. Onların sosial probleminin həlli daim diqqət mərkəzində saxlanılır. Təhsil işçilərinin əmək haqqı vaxtaşırı artırılır. Təhsilimizi Azərbaycanın davamlı inkişaf strategiyasının ən öncül istiqamətlərindən biri adlandıran möhtərəm Prezidentimiz İlham Əliyevin Sərəncamı ilə hər il Beynəlxalq Müəllimlər Günü ərəfəsində onlarca müəllim fəxri ada, dövlət təltuflərinə layiq görülür. Bu il də 5 oktyabr Beynəlxalq Müəllimlər Günü ilə əlaqədar tədrisdə fərqlənən bir qrup müəllimə fəxri adlar verilmişdir.
Biz də Təhsil-press.az saytının əməkdaşları olaraq fəxri ad alanları, onların simasında ölkəmizin bütün təhsil işçilərini təbrik edir və şərəfli işlərində daha böyük uğurlar arzulayırıq!
Bayramınız mübarək əziz müəllimlər!

"Təhsil-press.az"
İnformasiya Agentliyinin
kollektivi
İnformasiya Agentliyinin
kollektivi