“Müəllimlər günü” münasibətilə silsilə tədbirlər keçirilib

“Müəllimlər günü” münasibətilə silsilə tədbirlər keçirilib Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsinin tabe müəssisələrində “Müəllimlər günü” münasibətilə silsilə tədbirlər keçirilib.
Sumqayıt şəhər N.Nərimanov adına mədəniyyət mərkəzində bayram konserti keçirilib. Tədbiri giriş sözü ilə açan qocaman mədəniyyət işçisi Felman Lazımov müəllimləri bayram münasibətilə təbrik edib, onlara xoş arzularını çatdırıb.
Daha sonra gənc ifaçılar Pənah Məmmədli, Fidan Nağıyeva, Kamil Ağazadə, İlahə Nəbiqızı, Əlikram Gəncəli, Günay Sadıqova, Asəf Abdullayevin ifasında xalq və bəstəkar mahnıları dinlənilib.
Tədbirdə qiraətçi İlham Həsənovun ifasında H.Arifin "Sən dərsə gəlməyəndə" şeiri, "Dəcəllər" rəqs qrupunun ifasında "Sənəmi " rəqsi, illüziyaçı Fərhad Dadaşovun göstərdiyi illuziya nömrələri tədbiri daha da rövnəqləndirib.
S.Vurğun adına Mərkəzi Kitabxananın uşaq şöbəsinin 15 saylı orta məktəbdə “Bir həzin nəğmədir müəllim ömrü” adlı poeziya dəqiqələri keçirib. 5-ci sinif şagirdləri ilə keçirilən tədbirdə kitabxanaçısı L.Muradova uşaqlara müəllim əməyindən bəhs edib. Sonra şagirdlərin ifasında müəllimə həsr edilmiş şeir nümunə\ləri dinlənilib.
Tədbirin sonunda kitabxanaçı Gülbəs Həsənova şagirdlərə biblioqrafiya ili ilə əlaqədar “Biblioqrafiya guşəsi “ adı altında təşkil olunan sərgi haqqında geniş məlumat verib.
Nizami Gəncəvi adına Kitabxana Klubun əməkdaşları 28 saylı tam orta məktəbin 3 d sinifində "Ən uca zirvədir müəllim adı" başlıqlı şeir müsabiqəsi keçiriblər. Müsabiqədə fərqlənən şagirdlər fəxri fərmanla təltif olunublar.
Q.Qarayev, F.Əmirov, S.Rüstəmov, Ə.Bakıxanov, Bülbül adına uşaq incəsənət və musiqi məktəblərində keçirilən tədbirlərdə bu şərəfli peşə sahiblərinin cəmiyyətimizdəki rolu haqqında geniş danışılıb, konsert proqramı təşkil olunub.

Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsinin
Mətbuat xidməti


“Müəllimlər günü” münasibətilə silsilə tədbirlər keçirilib“Müəllimlər günü” münasibətilə silsilə tədbirlər keçirilib“Müəllimlər günü” münasibətilə silsilə tədbirlər keçirilib“Müəllimlər günü” münasibətilə silsilə tədbirlər keçirilib

Oxşar xəbərlər