Ölkəmizdə 2020-ci ilədək beşyaşlıların məktəbəhazırlığa cəlb edilməsi 90 faizə çatdırılacaq ki, bu da dünyanın ən inkişaf etmiş ölkələrinin səviyyəsinə bərabərdir.
Bunu Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2017-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında təhsil naziri Mikayıl Cabbarov məruzəsində bildirib.
Təhsil naziri qeyd edib ki, məktəbəhazırlığın uşaqların gələcək inkişafı və təhsilində müstəsna rolu nəzərə alınaraq, ötən dərs ilində bütün bölgələrdə dövlət büdcəsi vəsaiti hesabına beşyaşlıların 55 faizi təhsilə cəlb edilmişdi. Cari ildə isə bu rəqəmin 65 faizə çatdırılması nəzərdə tutulub.
Tehsil-press.az