Azərbaycanın Polşadakı səfiri Həsən Həsənov Dombrova Gurniça şəhərində fəaliyyət göstərən Ali Biznes Məktəbinin dəvəti ilə yeni tədris ilinin açılışında iştirak edib.
Tədbirdə çıxış edən Həsən Həsənov Azərbaycanın tarixi və müasir dövrü haqqında məlumat verib. Səfir, həmçinin 2018-ci ildə Azərbaycanın və Polşanın müstəqilliklərinin 100 illik yubileyinin qeyd ediləcəyini vurğulayaraq, təntənəli tədbirlərdən birinin Ali Biznes Məktəbi ilə birgə təşkil oluna biləcəyini diqqətə çatdırıb. Həsən Həsənovun təklifi Ali Biznes Məktəbinin rektoru professor Zcislava Datsko-Pikieviç tərəfindən müsbət qarşılanıb və birgə tədbirin təşkilinə razılıq verilib.
Görüşün sonunda Ali Biznes Məktəbinin kitabxanasına səfirlik tərəfindən polyak dilində nəşr edilmiş, Azərbaycanın tarixinə, mədəniyyətinə və dilinə həsr olunmuş 40-dan çox kitab hədiyyə edilib.
Tehsil-press.az