Məlumat verildiyi kimi, Quba-Xaçmaz Regional İnkişaf Mərkəzində fəaliyyət göstərən biznes inkubator üçün yeni iştirakçıların seçilməsi məqsədilə 14 mart 2016-cı il tarixində növbəti müsabiqə keçirilib və daha 25 gənc biznes inkubator üçün yeni iştirakçı seçilib. Biznes inkubatorun iştirakçılarına biznes ideyalarını reallaşdırmaq üçün hər cür imkan yaradılıb.
Artıq İqtisadiyyat Nazirliyinin Bakı Biznes Tədris Mərkəzi tərəfindən biznes inkubatorun yeni iştirakçıları üçün biznesin təşkili və idarə edilməsinin prioritet istiqamətləri üzrə treninqlərə başlanılıb. 3 ay davam edəcək treninqlərdə yerli və xarici ekspertlər tərəfindən müxtəlif mövzular üzrə məruzələr oxunacaq.
Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, "Biznesin əsasları, təşkili və idarə edilməsi" mövzusunda keçirilən ilk belə treninqdə biznes inkubatorun yeni iştirakçılarına biznes mühiti, biznesin planlaşdırılması və idarə edilməsi, biznesdə insan resurslarının səmərəli idarə olunması, eləcə də "Azərbaycan Respublikası Prezidenti yanında Apellyasiya Şurasının yaradılması haqqında" dövlət başçısının 3 fevral 2016-cı il tarixli fərmanı, İqtisadiyyat Nazirliyində yaradılmış Apellyasiya Şurası barədə məlumat verilib.
Tədbir çərçivəsində mövzular üzrə təqdimatlar keçirilib, iştirakçılara Bakı Biznes Tədris Mərkəzi tərəfindən hazırlanmış metodiki vəsaitlər paylanıb, onları maraqlandıran suallar cavablandırılıb.
Tehsil-press.az