7-13 fevral tarixində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində keçirilən görkəmli Amerika rejissoru, sənədli filmlər üzrə tanınmış mütəxəssis Lisa Leemanın ustad dərslərinin yekun tədbiri baş tutub.
Tədbiri giriş sözü ilə açan rektor, professor Fərəh Əliyeva ABŞ-ın Azərbaycandakı səfirinin müavini Vilyam Gil və tədbir iştirakçılarını salamlayıb, tələbələri ustad dərslərini uğurla bitirdikləri üçün təbrik edib. Vilyam Gil də öz növbəsində ustad dərslərinin iştirakçılarını görməkdən şad olduğunu vurğulayaraq Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rəhbərliyinə minnətdarlığını bildirib. Kino və televiziya fakültəsinin II, III kurs və “Sabah” qrupu tələbələri publisistika və sənədli filmlərin daha çox həyatın reallığını əks etdiyini, təlim zamanı aktyor rolunun, obrazın və bədiiliyin vacib amil olduğunu və ustad dərsinin gələcək fəaliyyətlərində önəmli rol oyanacağını bildiriblər. Lisa Leeman tələbələrə üzərində çalışdıqları sənədli filmləri qısa zamanda festivallarda görməyi və gələcək işlərində uğurlar arzuladığını bildirib. Tədbirin sonunda ustad dərslərini uğurla başa vuran tələbələr sertifikat təltif olunublar.
Ustad dərsləri çərçivəsində həmçinin Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində professor-müəllim heyəti ilə də görüş təşkil olunub. Tədbirdə kino, film və televiziya rejissorluğu, kino operatorluğu, teatr dramaturgiyası, prodüser və sənətşünaslıq ixtisasları üzrə universitetin təcrübəli professor-müəllim heyətindən Yalçın Əfəndiyev, Oqtay Babazadə, Rafiq Quliyev, Nəsimi Əliyev, Fariz Əhmədov, Ayaz Salayev, Əli Əmirli, Gülnarə Hüseynova, Mübariz Məmmədli və Fazilə Abbasova iştirak edib. Görüşün əsas məqsədi əlaqələrin qurulması, təcrübə mübadiləsi, film sahəsində universitetdə tədris olunan dərslərin metodu və təbliğatına həsr olunub.

ADMİU-nun Mətbuat Xidməti