Tramp taxtından endi: “The Economist” dünyanın ən güclü adamını açıqladı

Tramp taxtından endi: “The Economist” dünyanın ən güclü adamını açıqladı Mərkəzi Londonda yerləşən “The Economist” dərgisi dünyanın ən güclü adamının adını açıqlayıb.
Tehsil-press.az xəbər verir ki, dərgi ABŞ prezidenti Donald Trampın birinci taxtından endiyini, Çin Prezidenti Şi Çi Pinqin “dünyanın ən güclü adamı” tituluna sahib olduğunu bildirib.
“The Economist” ABŞ-ın dünyanın ən güclü və böyük iqtisadiyyatına, həmçinin, ən böyük ordusuna sahib olmasına rəğmən, D.Trampın daxili və xarici siyasətdə zəif olduğunu qeyd edib. Çin prezidentinin birinci olmasında Trampın yanlışlarının da böyük əhəmiyyəti olduğu vurğulanıb.
Liderlər arasında aparılan müqayisədə onların xaricə etdikləri səfərlərin analizi nəzərə alınıb.
İqtisadi savaşlarda isə Çin Amerikanı hər zaman 1-0 öndə qarşılayıb. Rəsmi bilgilərə görə Çin daxili müdafiəsi üçün 215 milyard dollarlıq məbləğ yatırıb. Əsgər sayına görə, onsuz da, dünya birincisi olan Çin ordusu isə gündən-günə təchizat və personal baxımından modernləşməkdə davam edir.

Tehsil-press.az

Oxşar xəbərlər