Azərbaycanda partiya sədri oğlunu özünə müavin təyin etdi

Azərbaycanda partiya sədri oğlunu özünə müavin təyin etdi Oktyabrın 15-də Azərbaycan Sosial Demokrat Partiyasının XIII qurultayı keçirilib.
Partiyadan “Qafqazinfo”ya verilən məlumata görə, qurultayda deputat Araz Əlizadə yenidən sədr seçilib.
Oğlu Səməd Əlizadə isə beynəlxalq məsələlər üzrə müavin olub.
Təhməz Məmmədov, Günel Babayeva və Cavanşir Əsədov isə digər sahələr üzrə müavin seçiliblər.
ASDP Mərkəzi Komitəsinə 11 nəfər üzv seçilib.
***
Müavinlər bu vəzifəyə təyin olunmayıb: “Azərbaycan Sosial Demokrat Partiyasının Nizamnaməsinə uyğun olaraq, ASDP-nin mərkəzi orqanlarına seçkilər gizli səsvrmə yolu ilə alternativ əsaslarda keçirilir. Odur ki, partiyanın XIII qurultayında ASDP sədrinin müavinləri vəzifəsinə seçilən digər namizədlər kimi S.Əlizadə də bu vəzifəyə gizli səsvermə yolu ilə seçilib”.

Azərbaycanda partiya sədri oğlunu özünə müavin təyin etdi

Tehsil-press.az


Oxşar xəbərlər