Azərbaycan Dövlət Aqrar Universitetində tələbələrin təhsili ilə yanaşı onların sosial-məişət şəraitinin mövcud vəziyyətinin öyrənilməsi, məqsədilə universitetin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov Tələbə Evində tələbələrlə görüş keçirib. Saat 19:15-də başlayan və rektorun ənənəvi olaraq keçirdiyi növbəti görüşdə tələbələrin təhsil, sosial-məişət şəraiti, asudə vaxtın səmərəli təşkil olnuması məsələləri müzakirə olunub. İkinci növbədə təhsil alan tələbələrin axırıncı dərslərin yekununda universitetə məxsus olan avtobuslarla daşınması, tibbi xidmətin yaxşılaşdırılması, bufetlərdə yeməyin qiyməti və keyfiyyəti, stimullaşdırıcı təqaüdlər, kitabxanalardakı vəziyyət və digər məsələlərə dair suallar cavablandırılıb. Tələbələr yaradılan şəraitə, onların problemlərinin həllinə həssas yanaşıldığına görə rektora təşəkkürünü bildiriblər. 2017/2018-ci tədris ilində Azərbaycanda ən yaşlı, ADAU-nun ekologiya ixtisası üzrə 48 yaşlı tələbəsi, Quba rayonunun sakini Qazıyev Əfsəl Seyfəl oğlu bu gözəl tələbə evində, bütövlükdə universitetdə yaradılan şəraitə və ona hər ay üçün ayrılan 200 manat əlavə təqaüdə görə təşəkkürünü bildirib.
Mətbuat xidməti
Mətbuat xidməti