2017/2018-ci tədris ilində Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) bakalavriat səviyyəsinə 2.620, magistratura səviyyəsinə 512 gənc qəbul olunub. Universitetə daxil olan gənclərin bilik səviyyəsi ilbəil yüksəlir. ADNSU-da bu il ilk dəfə 602 tələbə ingilis bölməsində təhsil almağa başlayıb.
Bunu oktyabrın 7-də ADNSU-da keçirilən “Açıq qapı” günündə universitetin rektoru, professor Mustafa Babanlı deyib.
Rektor universitetdə aparılan islahatlar barədə ətraflı məlumat verib.
Cari tədris ilində ADNSU-nun nəzdində fəaliyyət göstərən Fransız-Azərbaycan Universitetinə qəbulla bağlı məlumat verən M.Babanlı gənclərin bu təhsil müəssisəsinə marağının daha da artdığını bildirib. Qeyd olunub ki, bu il 427 abituriyent UFAZ-a qəbul üçün sənəd verib. Onlardan 147-si bu ali məktəbə qəbul olunub. Ötən il UFAZ-a qəbul olunan tələbələrin orta bal göstəricisi 585 bal olduğu halda, bu il həmin rəqəm 610-a çatıb.
Tədbirdə M.Babanlı ADNSU-da tədris proqramlarının yenilənməsi, bir neçə ixtisasın Avropada akkreditasiyadan keçməsi, SOCAR-ın daxili təqaüd proqramında tələbələrin iştirakı, Unibook, diplom mövzularının verilməsi və digər məsələlərdən də bəhs edib.
Sonda suallar cavablandırılıb.

ADNSU-nun Mətbuat Xidməti