Professor Əli Nuriyev: Azərbaycanda neft strategiyası uğurla həyata keçirilir

Professor Əli Nuriyev: Azərbaycanda neft strategiyası uğurla həyata keçirilir Azərbaycan Dövlət Pedaqoji Universitetində (UNEC) “Elm aylığı” çərçivəsində Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, professor Əli Nuriyev ilə görüş keçirilib.
UNEC-dən AZƏRTAC-a bildirilib ki, tədbirdə Ə.Nuriyev “Azərbaycanın sosial-iqtisadi inkişaf strategiyası: nailiyyətlər və perspektivlər barədə düşüncələr” mövzusunda məruzə ilə çıxış edib. O, ölkənin əsas strateji vəzifələrinin reallaşdırılması üçün dövlətin həyata keçirdiyi tədbirlər və elmi-praktiki sahədə görüləcək işlərdən danışıb. Qeyd edilib ki, bu gün Azərbaycan iqtisadi-sosial problemlərinin həllində digər dövlətlərə nümunə olmaq iqtidarındadır. Dünya İqtisadi Forumunun “2017-2018 Qlobal Rəqabətlilik Hesabatı”nda Azərbaycanın reytinqdə daha iki pillə yüksələrək 35-ci yerdə qərarlaşdığını vurğulayan alim bunun təsadüfi olmadığı bildirib. Azərbaycanda neft strategiyasının uğurla həyata keçirildiyi, bütün sahələrdə güclü infrastruktur yaradıldığı, ölkə iqtisadiyyatının dünya iqtisadiyyatına müvəffəqiyyətlə inteqrasiya etdiyi diqqətə çatdırılıb.
Görüş elmi müzakirələrlə davam edib.

UNEC-in Mətbuat xidməti





Oxşar xəbərlər