Azərbaycan Dillər Universitetində (ADU) Sosial elmlər və Mülki müdafiə və tibbi biliklərin əsasları kafedralarının birgə təşkilatçılığı ilə Əməkdar elm xadimi, görkəmli alim, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, iqtisad elmləri doktoru, professor Aqil Əliyevin anadan olmasının 90 illik yubileyinə həsr olunmuş “Yüksək ixtisaslı tibbi kadrların hazırlanmasında Aqil Əliyevin xidmətləri” mövzusunda dəyirmi masa keçirilib.
Tədbirdə açılış nitqi ilə çıxış edən Mülki müdafiə və tibbi biliklərin əsasları kafedrasının müdiri, dosent Sevda Zamanova görkəmli alimin yubileyinin Azərbaycan Prezidenti İlham Əliyevin “Aqil Əliyevin 90 illik yubileyinin keçirilməsi haqqında” Sərəncamına müvafiq olaraq təşkil edildiyini bildirib. Dəyirmi masanın mahiyyətindən danışan S.Zamanova görkəmli alimin həyat və yaradıcılığı barədə geniş məlumat verib. A.Əliyevin zəngin elmi yaradıcılığı, əsərlərinin əhəmiyyəti və yüksək insani keyfiyyətlərindən söz açan S.Zamanova onun Azərbaycan elminə qiymətli töhfələr verdiyini diqqətə çatdırıb. O, professor A.Əliyevin yüksək ixtisaslı tibbi kadrların hazırlanmasındakı xidmətlərinə görə 1982-ci ildə Əməkdar elm xadimi fəxri adına layiq görüldüyünü bildirib və bu sahədə göstərdiyi yüksək xidmətləri haqqında danışıb, o cümlədən onun elmi fəaliyyətində Azərbaycanın sosial-iqtisadi inkişafında islahatların rolu, əhalinin həyat səviyyəsinin yüksəldilməsinin aktual problemlərinin araşdırılmasının mühüm yer tutduğunu deyib.
Görkəmli alimin səhiyyənin iqtisadiyyatına həsr etdiyi tədqiqatları ilə Azərbaycan elmində yeni istiqamət açdığını deyən universitetin Sosial elmlər kafedrasının dosenti Şəfəq Abdullayeva A.Əliyevin fəaliyyətində səhiyyə ilə iqtisadi inkişaf arasında qarşılıqlı əlaqə məsələlərinə toxunub. Ş.Abdullayeva onun Azərbaycanda məhsuldar qüvvələrin yerləşdirilməsi sxeminin tərtibçilərindən biri olduğunu vurğulayıb.
A.Əliyevin Azərbaycan iqtisadiyyatına verdiyi töhfələrdən danışan universitetin Sosial elmlər kafedrasının dosenti Zərifə Hüseynova alimin cəmiyyətin inkişafinda sosial sahənin roluna və əhəmiyyətinə həsr edilən qiymətli elmi əsərləri ilə iqtisad elmindəki boşluqların aradan qaldırıldığını bildirib. O, alimin “Aqrar iqtisadiyyatın aktual problemləri”, “Azərbaycanın sosial inkişafında islahatların rolu”, “İpək yolunun bərpası bəşəriyyətin tərəqqisi yoludur”, “Müstəqil
Azərbaycan iqtisadiyyatının aktual problemləri” və başqa əsərlərindən söz açıb, görkəmli iqtisadçının məhsuldar elmi tədqiqatları ilə yanaşı, pedaqoji fəaliyyətinə də diqqət çəkib.

ADU-nun Mətbuat Xidməti