Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) ölkənin aparıcı universitetlərində aparılan uğurlu iqtisadi islahatlara həsr olunan ictimai mühazirələrə start verib.
İlk ictimai mühazirə UNEC-də keçirilib.
UNEC rektoru, professor Ədalət Muradov bildirib ki, 2004-2014-cü illərdə uğurla həyata keçirilən sosial-iqtisadi islahatlar nəticəsində Azərbaycan dünyada iqtisadi artım sürətinə görə ön sıralarda qərarlaşıb. Neftdən əldə olunan gəlirlər hesabına infrastruktur modernləşdirilib, qeyri-neft iqtisadiyyatı inkişaf etdirilib, əhalinin sosial rifahı yaxşılaşdırılıb, ölkədə ÜDM-dən çox həcmdə strateji valyuta ehtiyatları yaradılıb. Lakin 2014-cü ildən başlayaraq neft qiymətlərinin kəskin azalması və ticarət tərəfdaşı ölkələrində iqtisadi böhran nəticəsində ölkədə iqtisadi artım sürətinin səngiməsi, institusional və struktur çağırışlar, maliyyə-bank sektorunda baş verən proseslər Azərbaycanda yeni iqtisadi inkişaf yanaşmasına keçid zərurəti yaradıb, deyə bildirən Ə.Muradov buna görə də milli iqtisadiyyat və iqtisadiyyatın 11 sektoru üzrə ümumilikdə 12 Strateji Yol Xəritəsi hazırlandığını vurğulayıb.
Strateji Yol Xəritələrində nəzərdə tutulan layihələrin həyata keçirilməsi istiqamətində görülən işlərdən bəhs edən rektor, “UNEC olaraq məqsədimiz ölkədə həyata keçirilən iqtisadi islahatların əsaslandırılması, iqtisadi artıma töhfə verəcək tədqiqatların genişləndirilməsidir” deyə, bildirib. O, UNEC-də mövcud potensialın reallaşdırılması üçün maksimal dərəcədə əlverişli şəraitin yaradıldığını diqqətə çatdırıb.
İİTKM-nin icraçı direktoru Vüsal Qasımlı bildirib ki, Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan kompleks iqtisadi islahatlar nəticəsində xarici şokların təsiri altında yaranmış çətinliklər geridə qalıb. O, ölkədə qeyri-neft sektorunun dünya üzrə orta iqtisadi artım tempindən daha üstün yüksəlişi gözlənildiyini diqqətə çatdırıb: “Aparılan iqtisadi islahatlar, yaradılan sənaye, aqrar və texnoparklar 2018-ci ildə qeyri-neft sektorunda bum yaşanacağını göstərir. Artıq kommersiya bankları da real sektorun maliyyələşməsində iştirakı gücləndirməyə başlayıblar”. V.Qasımlı bildirib ki, dövlət investisiya proqramı iqtisadi inkişafı dəstəkləyəcək və 2018-ci il qeyri-neft sektorunda sürətli inkişafını təmin edəcək”.
Tədbirbə ictimai mühazirələrin təhsil-elm-islahat sintezinin yaradılması baxımından əhəmiyyəti vurğulanıb. UNEC-in professor-müəllim heyəti və tələbələrinin sualları cavablandırılıb.

UNEC-in Mətbuat xidməti