Strateji Yol Xəritəsi Azərbaycanda davamlı iqtisadi inkişaf əsasında iqtisadiyyatın rəqabətqabiliyyətliliyini, inklüzivliyin və sosial rifahın daha da artırılmasını təmin edəcək. Sənəd Azərbaycanın qlobal dəyər zəncirlərinə qoşulmasına təkan verəcək. Qlobal çağırışlara cavab verərək investisiyaların cəlbi, azad rəqabət mühiti, bazarlara çıxış və insan kapitalının inkişafı nəticəsində Azərbaycanın dünya iqtisadiyyatında mövqeyi gücləndiriləcək və o, yüksək gəlirli ölkələr qrupuna daxil olacaq.
Bunu UNEC-də “Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi” mövzusunda elmi seminarda universitetin nəzəri və praktik iqtisadiyyat kafedrasının müdiri, professor Ümidvar Əliyev söyləyib.
Ü.Əliyev mühüm sənədin hədəf indikatorları, strateji məqsəd və hədəflərindən söz açıb.
Professorlar Qabil Manafov, Telman Babayev, dosent Qəzənfər Əlləzov və digər çıxış edənlər Strateji Yol Xəritəsinin yaxın, orta və uzunmüddətli dövrdə milli iqtisadi inkişafın əsas konturlarını dəqiq və konkret müəyyənləşdirildiyini bildiriblər.
Qeyd edilib ki, milli iqtisadiyyatımızın Prezident İlham Əliyevin rəhbərliyi ilə keçdiyi inkişaf yolunun hərtərəfli təhlilinə, Dünya Bankı, Beynəlxalq Valyuta Fondu, Davos İqtisadi Forumu və digər nüfuzlu beynəlxalq təşkilatların Azərbaycan iqtisadiyyatına dair hesabat məlumatları və proqnozlarına əsaslanan mühüm sənəd faktiki olaraq dövlətimizin başçısının uzaqgörənliklə hazırlanan yeni iqtisadi konsepsiyasının mahiyyətini, məzmununu və missiyasını təqdim edir.

UNEC-in Mətbuat Xidməti