Xəzər Universitetində “Elm şənliyi” layihəsi çərçivəsində Qədim Şərqin tarixi, coğrafiyası, mədəniyyəti və ədəbiyyatı üzrə intellektual müsabiqəsinin yarımfinal mərhələsi keçirilib.
Tədbir bu ali məktəbin, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun, Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin, Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun, Azərbaycan Arxeoloqlar Cəmiyyətinin dəstəyi ilə reallaşdırılıb.
Müsabiqənin yarımfinal mərhələsində ölkənin altı ali təhsil ocağını təmsil edən tələbələrdən ibarət komandalar iştirak edib. Komanda üzvləri Qədim Şərq tarixi üzrə ümumilikdə 20-dək sualı cavablandırıblar.
Müsabiqənin final mərhələsinə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının, Azərbaycan Dövlət Pedaqoji Universitetinin, Bakı Qızlar Universitetinin, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filialının tələbə komandaları vəsiqə qazanıb.
Dekabrın 23-də Xəzər Universitetində “Elm şənliyi” layihəsi çərçivəsində Qədim Şərqin tarixi, coğrafiyası, mədəniyyəti və ədəbiyyatı üzrə intellektual müsabiqənin final mərhələsi keçiriləcək.