Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov Qazma Podratçıları Beynəlxalq Assosiasiyasının (International Association of Drilling Contractors-IADC) beynəlxalq inkişaf üzrə vitse-prezidenti Mayk Dubouz ilə görüşüb.
Görüşdə tərəflər arasında gələcək əməkdaşlığın mümkün istiqamətləri müzakirə edilib. M.Dubouz BANM-in fəaliyyəti ilə tanış olub, bu ali məktəbin qısa vaxtda qazandığı uğurları yüksək dəyərləndirib.
Qeyd olunub ki, 1940-cı ildən bəri bütün dünyada neft-qazçıxarma sənayesini təmsil edən IADC bu ildən etibarən SOCAR AQŞ-nin dəstəyi ilə Azərbaycanda da fəaliyyət göstərəcək. Bu münasibətlə Bakıda assosiasiyanın Xəzər regionu üzrə açılış mərasimi keçirilib. Tədbirdə çıxışı zamanı M.Dubouz BANM-in fəaliyyəti və rəhbərliyi haqqında müsbət fikirlər səsləndirib. BANM-in neft-qaz texnologiyaları üzrə magistr təhsili alan Rüfət Məhərrəmov IADC-nin Xəzər regionu üzrə prezidentinin katib-xəzinədarı təyin olunub.
Assosiasiyanın əsas məqsədi bütün dünya üzrə neft-qaz sənayesində fəaliyyət göstərən şirkətləri və bu sahənin gənc, təcrübəli mütəxəssislərini bir araya gətirərək əlaqələr yaratmaq, eyni zamanda, bu sahədə müxtəlif beynəlxalq və lokal konfranslar, təlimlər, seminarlar, elektron materiallar, yeniliklər, təcrübə proqramları vasitəsilə gənclərin biliklərinin artırılmasıdır.
Qeyd edək ki, IADC-nin baş ofisi Amerikanın Hyuston şəhərində, regional ofis isə Dubayda yerləşir.
BANM təşkilatın regionda əməkdaşlıq edəcəyi ilk və hələlik yeganə ali məktəbdir.
BANM-nin Mətbuat xidməti