Şimali Koreya ABŞ-ı nüvə silahı ilə vuracaq - Moskvadan DƏQİQ TARİX

Şimali Koreya ABŞ-ı nüvə silahı ilə vuracaq - Moskvadan DƏQİQ TARİX “Koreya yarımadası ətrafında yaranan böhranın siyasi həllini tapmasaq, Şimali Koreya rejimində 2-3 ilə qitələrarası ballistik raketlər mütləq olacaq”.
Bu haqda Rusiyanın Xarici İşlər Nazirliyinin silahsızlaşdırma məsələləri üzrə departamentinin direktoru Mixail Ulyanov deyib.
Onun sözlərinə görə, bu raketlər ABŞ-ın kontinental ərazisini vurmağa imkan verəcək.
“Bu proqramları (Pxenyanın raket və nüvə proqramları - red.) indi dayandırmalıyıq. Sanksiyalar isə yalnız dörd-beş il ərzində işləyəcək”, - diplomat əlavə edin.
Ulyanov həmçinin agentliyin əməkdaşı ilə söhbətində qeyd edib ki, Rusiya Şimali Koreyanı nüvə dövləti kimi heç vaxt tanımayacaq.

Tehsil-press.az

Oxşar xəbərlər