AZAL yeni “Boeing” təyyarələri alacaq - 1,9 milyardlıq saziş

AZAL yeni “Boeing” təyyarələri alacaq - 1,9 milyardlıq saziş “Azərbaycan Hava Yolları” (AZAL) QSC və “Boeing” Korporasiyası bu gün 5 “B787-8 Dreamliner” və iki B747-8F (və yaB777F) təyyarələrinin alınması barədə razılığa gəlib.
Sazişi AZAL-ın prezidenti Cahangir Əsgərov və “Boeing”in baş icraçı direktoru Kevin Makalister imzalayıb.
Sazişin dəyəri 1,9 milyard dollar həcmində qiymətləndirilir. Təyyarələrin gətirilməsi 2019-2020-ci illərə planlaşdırılır.
Saziş ən böyük beynəlxalq aerokosmik sərgi “Dubai Airshow 2017” çərçivəsində imzalanıb.

AZAL yeni “Boeing” təyyarələri alacaq - 1,9 milyardlıq saziş

C.Əsgərov mərasimdə bildirib ki, əlavə “787 Dreamliner” təyyarələrini sifariş vermək qərarı AZAL-ın imkanlarını əhəmiyyətli dərəcədə genişləndirəcək. O deyib ki, yeni təyyarələrin alınması uçuşların coğrafiyasını genişləndirmək və artan sərnişin axınının öhdəsindən gəlməkdə kömək edəcək.
K.Makalister də öz növbəsində AZAL-ın “Dreamliner” təyyarələrinə dəyişməz etimadını yüksək qiymətləndirdiyini söyləyib.

AZAL yeni “Boeing” təyyarələri alacaq - 1,9 milyardlıq saziş

Tehsil-press.az

Oxşar xəbərlər