Azərbaycan Dillər Universitetində fransız dilinin tədrisi ilə bağlı təqdimat keçirilib

Azərbaycan Dillər Universitetində fransız dilinin tədrisi ilə bağlı təqdimat keçirilib Noyabrın 13-də Azərbaycan Dillər Universitetində (ADU) “SABAH” qruplarında fransız dilinin tədrisi ilə bağlı təqdimat keçirilib.
Fransa səfirliyinin nəzdində fəaliyyət göstərən Fransa Mədəniyyət Mərkəzinin nümayəndəsi Leyla Əliyeva təmsil etdiyi mərkəzin fəaliyyəti haqqında məlumat verib. O, mərkəzin səfirliklə birgə “SABAH” tələbələri üçün xüsusi dil kursları təklif etdiyini bildirib, kurslara qatılmaq qaydaları, qarşıda duran məqsədlər haqqında iştirakçılara ətraflı məlumat verib. Onun sözlərinə görə, kurslar Azərbaycan Fransız İnstitutunda keçirilir və bir sessiya adətən üç ay davam edir. Mərkəzdə, həmçinin böyük kitabxana fəaliyyət göstərir, beynəlxalq imtahanlar vermək üçün imkanlar var.
Daha sonra “Campus France” Agentliyinin Azərbaycandakı nümayəndəsi xanım Morin Raab agentliyin fəaliyyəti, əsas vəzifə və məqsədləri barədə danışıb. Fransa-Azərbaycan münasibətlərinin daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayan M.Raab bu məqsədlə irəli sürdüyü “Avropa könüllülük xidməti” layihəsinin üstünlüklərindən söz açıb.
Tələbələrin sualları cavablandırılıb.

ADU-nun Mətbuat Xidməti


Azərbaycan Dillər Universitetində fransız dilinin tədrisi ilə bağlı təqdimat keçirilibAzərbaycan Dillər Universitetində fransız dilinin tədrisi ilə bağlı təqdimat keçirilib

Oxşar xəbərlər