Qubada alma 5 qəpiyə satılır

Qubada alma 5 qəpiyə satılır Quba təsərrüfatçıları almanı kilosunu 5 qəpiyə satmaq məcburiyyətində qalıb. Bu barədə məlumat sosial şəbəkədə Kəndabad səhifəsində paylaşılıb. Bildirililib ki, məhsulunun çürüməsindən nigaran olan təsərrüfatçılar 1 ton almanı meyvə şirəsi zavodlarına 55 manata verir.
Ancaq maraqlısı budur ki, regionlarda meyvə təsərrüfatçılardan bu qədər ucuz qiymətə alındığı təqdirdə bazarlara dəfələrlə baha qiymətə çıxarılır.
Kifayət qədər çox səbəb var ki, bu gün Quba alma istehsalçılarının məhsulu yaxşı qiymətə tələb olunmur və onlar da məcburiyyət qarşısında qalıb meyvəni ya ucuz satırlar, ya da bir hissəsi xarab olur deyə çaya atır, heyvana yedizdirirlər:
"Səbəblərdən birincisi kimi onu deyə bilərəm ki, belə bir halın baş verməsi təbiidir. Yəni, almadan almaya fərq var.
İkinci səbəb odur ki, Quba istehsalçıları üçün hazırda bazara çıxış yoxdur. Ona görə də, onlar məcburiyyət qarşısında qalıb topladıqları məhsulu ucuz qiymətə təklif edirlər.
Üçüncü səbəb Quba təsərrüfatçılarının məhsullarını saxlamaq üçün soyuducu ambar, kameranın olmamasıdır. Onlar məhsullarını bir müddət saxlayıb onlara sərf edən qiymətə sata bilmirlər. Əgər normal şərait olsa, məhsullarını bayramqabağı bazarlara çıxararlar və satış da onları qane edər.
Keçən ilin aprel ayında məhz bu məqsədlə yeni bir qurum - Ərzaq Məhsullarının Tədarükü və Təhcizatı ASC yaranmışdı. Hökumət tərəfindən yaradılmış bu cəmiyyətə kifayət qədər maliyyə resursu ayrılmışdı ki, istehsalçılarda məhsul bol olan zaman, təsərrüfatın bir hissəsi onlardan alınsın, onlara maliyyə ehtiyacı ödənilsin və sonra Cəmiyyət həmin məhsulu ya ölkə daxilində realizə etsin, ya da ki ölkə xaricinə çıxarsın. Hazırda bu Səhmdar Cəmiyyət öz funksiyasını yerinə yetirmədiyi üçün bu kimi problemlər yaşanır.
Başqa bir səbəb isə odur ki, bizim fermerlər təsərrüfatlarını öz güclərinə hesablaya bilmirlər. Onlar qabaqcadan məhsuldarlığı hesablamalıdırlar. Hazırda məhsulun keyfiyyəti ilə bağlı da müəyyən problemlər var. Bağbanlar ağacların formalaşması zamanı az və keyfiyyətli məhsul götürməyi məqsəd qoymalıdır. Ağacda meyvənin sayı az ola bilər, ancaq bu meyvənin çəkisinə və həcminə dəlalət edə bilməz. Bu zaman almanın kalibri daha böyük və cəlbedici olacaq. Adicə baxın, xaticdən gətirilən alma alınır, bizimkilər rəfdə qalır. İstehsalçılarımız rəqabət mühitində uğur qzanmaq üçün bunları bilməlidir.
Və nəhayət bu sahəyə cavabdeh olan məmurlar öz vəzifəsini doğru yerinə yetirməlidir. Onların vəzifəsi təşviq etmək, bu ahədə maarifləndirmə işləri aparmaqdır.
Çox təəssüflər olsun ki, bu sahədən yaxşı gəlir əldə etmək imkanımız olduğu halda biz bu imkanları əldən veririk”.

[b]Hüseyin Şərifov/b]


Oxşar xəbərlər