Günay keçmiş ərindən nə istəyir?

Günay keçmiş ərindən nə istəyir? Türkiyədə yaşayan azərbaycanlı model Günay Musayeva münsif olduğu “Ms. & Mr. Star” gözəllik yarışmasının mətbuat konfransında iştirak edib.
Model yenə eks-əri Tolqa Karel barədə açıqlama verib. Günay deyib ki, keçmiş həyat yoldaşından heç bir maddi gözləntisi yoxdur:
“Tolqanın həftədə bir gün övladını görmək haqqı var. Ancaq 4 ildir ki, o, bu haqqından istifadə etmir. Ondan maddi gözəntim yoxdur. Tək istədiyim övladına sevgi göstərməsidir. Amma sevgi daxilən gələn bir şeydir. İnsan övladını zorla sevə bilməz”.
Bu məqamda qeyd edək ki, Musayeva hər dəfə keçmiş əri ilə bağlı sərt açıqlamalar verir və gündəmə gəlir. O, Türkiyə KİV-nə müsahibələrində Tolqa Karel barəsində ittihamlar səsləndirir. Qarşı tərəf isə həmin iddialara cavab vermək istəmir.

Tehsil-press.az

Oxşar xəbərlər