Qətər ondan üz çevirən 4 ərəb ölkəsi ilə müharibə edə bilər.
Təhsil-press.az-ın Türkiyə KİV-nə istinadən xəbər verir ki, Bəhreyn, Səudiyyə Ərəbistanı, Misir və BƏƏ-nin Qətərə verdiyi müddət dünən başa çatıb. Hər 4 ölkə Qətərlə diplomatik əlaqələri yenidən müzakirə etmək üçün çərşənbə günü Misirin paytaxtı Qahirədə bir araya gəlməyi planlaşdırıb. Qətər isə bu məqamda sərt açıqlama ilə çıxış edib. Belə ki, ölkənin Müdafiə Naziri Xalid əl-Atiyyə ölkəsinin lazım gəlsə özünü müdafiə etməyə hazır olduğunu bəyan edib.
O, “Sky News Britain”a açıqlamasında “Hərbi müdaxilə mərhələsinə gəlməyəcəyimizə ümid edirik. Ancaq biz hər zaman buna, ölkəmizi müdafiə etməyə hazırıq”,-deyib
Təhsil-press.az