Beynəlxalq təhsil həftəsinin qeyd edilməsi ilə əlaqədar ABŞ-ın Azərbaycandakı səfirliyi Monterey Beynəlxalq Araşdırmalar Mərkəzinin Middlebury İnstitutundan beynəlxalq təhsil üzrə ekspert Devid Vikin seminarlarını təşkil edib.
Noyabrın 16-da Devid Vik ADA Universitetində beynəlxalq təhsilin çağdaş tendensiyaları və perspektivlərinə dair məruzə ilə çıxış edib. Tədbirdə ADA Universitetinin müəllimləri, tələbələr iştirak ediblər. Ekspert Azərbaycanın beynəlxalq səviyyədə tələbə, təhsil mübadiləsi sahəsində oynaya biləcəyi rol və bu istiqamətdə qazana biləcəyi üstünlüklər, beynəlxalq təhsilin dəyişdiyi tendensiyalar, beynəlxalq səviyyədə evdə təhsil, şəxsi təcrübə haqqında məlumat verib.
Devid Vik deyib ki, Azərbaycana səfərinin məqsədi peşəkar heyətlə, təhsil müəssisələri ilə mübadilə proqramlarına dair müxtəlif imkanları müzakirə etmək və əlaqələr qurmaqdır. Görüşlərlə bərabər, həmçinin Bakıda təhsil sahəsində çalışan müxtəlif peşəkarlar üçün seminarlar və təlimlər təşkil edilir. Təlimlərin əsas mövzuları Azərbaycana səfər edən amerikalı tələbələrə dəstək, onların burada təhsil almaq imkanları, eyni zamanda, beynəlxalq təhsil üzrə strategiyanın inkişaf etdirilməsidir.
Devid Vikın seminarları ali təhsil müəssisələrinə beynəlxalq tərəfdaşlar və tələbələr cəlb etməyə kömək etmək üçün nəzərdə tutulub.
Qeyd edək ki, ekspert indiyədək ABŞ-da və digər ölkələrdə müxtəliflik, bərabərlik, sosial ədalət, marketinq, məsləhət, menecment mübadiləsi, proqram dizaynı, tədris mövzularında seminarlar keçirib.
Onun indiyədək Azərbaycanda seminarları ABŞ səfirliyində, Azərbaycan Dillər Universitetində və Bakı Amerika Mərkəzində keçirilib.

Leyla Bayramova