ADA Universitetində “Beynəlxalq Təhsil Həftəsi 2017”

ADA Universitetində “Beynəlxalq Təhsil Həftəsi 2017” ADA Universiteti, ABŞ-ın Azərbaycandakı səfirliyi və ABŞ Təhsilli Məzunlar İctimai Birliyi ölkədə təhsilin davamlı inkişafına dəstək məqsədi ilə 12-16 iyun tarixində birgə “Beynəlxalq Təhsil Həftəsi 2017” adlı simpozium keçirəcəkdir. Tədbirin başlıca məqsədi innovativ və müasir təhsil üsulları mövzusunda yerli və ABŞ mütəxəssisləri ilə fikir mübadiləsi aparmaq, aparıcı təcrübədən yararlanmaqdır. Simpoziumun rəsmi açılışı iyunun 13-də səhər saat 09:00-da baş tutacaq. Açılış hissəsində AR Təhsil Nazirinin müavini Ceyhun Bayramov, BP Azərbaycan şirkətinin vitse-prezidenti Bəxtiyar Aslanbəyli, ABŞ səfirliyinin müşaviri Uilyam Gill, ADA Universitetinin Təhsil İnstitutunun dekanı Vəfa Kazdal, eləcə də ABŞ-ın Corc Vaşintqon Universitetinin Təhsil və İnsan İnkişafı məktəbinin dekanı Maykl Fyuer və məktəbin dokotorantı Sevinc Məmmədova çıxış edəcəklər. Simpozium günlərində tədris üzrə mütəxəssislər və təhsil idarəçiləri praktiki seminarlar təqdim edərək yerli şəraitdə icra üçün xüsusi layihə təklifləri irəli sürəcəklər. Simpozium zamanı müzakirələr əsas dörd istiqamətdə aparılacaq: təhsilin müxtəlif idarəetmə mərhələlərinin təhlili, statistik göstəricilərə əsaslanan qiymətləndirmə və hesabatların hazərlanması, tədqiqatların qiymətləndirilməsi və STEAM (Elm, Texnologiya, Mühəndislik, İncəsənət, Riyaziyyat) təhsilinə fərqli yanaşma.

ADA-nın Mətbuat Xidməti

Oxşar xəbərlər