Azərbaycan Universitetinin tələbələri üçün “Heydər Əliyev müasir Azərbaycanın qurucusudur” mövzusunda mühazirə təşkil olunub

Azərbaycan Universitetinin tələbələri üçün “Heydər Əliyev müasir Azərbaycanın qurucusudur” mövzusunda mühazirə təşkil olunub “İki Sahil” qəzetinin baş redaktoru, YAP Siyasi Şurasının və Mətbuat Şurası İdarə heyətinin üzvü, əməkdar jurnalist Vüqar Rəhimzadə Azərbaycan Universitetinin tələbələrinə “Ümummilli lider Heydər Əliyev müasir Azərbaycanın qurucusudur" mövzusunda mühazirə oxuyub. Mühazirədə Azərbaycanın 1990-cı illərdəki təlatümlü ictimai-siyasi mənzərəsi fonunda müstəqilliyini bərpa etməsindən sonra keçən 26 il ərzində 100 illik dövlətçilik təcrübəsinə sahib ölkələrdən daha irəlidə olduğu vurğulanıb.
Tədbiri Azərbaycan Universitetinin elmi işlər üzrə prorektoru, professor Yusif Qasımov açıb. Prorektor qeyd edib ki, görüş mühüm əlamətdar günlər ərəfəsinə təsadüf edir. Tədbir bu əlamətdar hadisələrdə və Azərbaycanın bu günkü inkişaf səviyyəsinə çatmasında ümummilli lider Heydər Əliyevin əvəzsiz xidmətlərinə həsr olunur.
Vüqar Rəhimzadə çıxışında Azərbaycanın 1990-cı illərdəki ictimai - siyasi mənzərəsini təqdim edib. Baş redaktor qeyd edib ki, ölkəmiz 90-ci ilin əvvəllərində müstəqilliyimizi təhlükə altında qoyan təhdid və təhlükələr, hətta xəritədən silinmək təhlükəsi ilə üz-üzə qalıb: “O dövrdə xalqın təkidi ilə ümumilli liderin hakimiyyətə qayıdışından sonra ictimai-siyasi sabitlik və iqtisadi inkişafın prinsipləri yarandı, neft müqavilələri bağlandı, vahid ordu quruculuğu sahəsində ardıcıl islahatlar həyata keçirildi. Ölkəmizin artıq mütərəqqi konstitusiyası, zəngin qanunvericilik bazası var”.
Tədbirdə Azərbaycanda mətbuat, təhsil və digər sahələrin inkişafı ilə bağlı atılan addımlardan da söz açılıb. Vurğulanıb ki, bütün bu uğurların arxasında ümummilli lider Heydər Əliyevin müdrik siyasəti dayanır. Ümummilli liderin əsasını qoyduğu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirilir.
V. Rəhimzadə qeyd edib ki, noyabr ayı Azərbaycan tarixində Dövlət bayrağının, Azərbaycanın ilk konstitusiyasının qəbul edilməsi, milli – azadlıq hərəkatının başlaması kimi hadisələrlə yanaşı, həm də Yeni Azərbaycan Partiyasının qurulması ilə əlamətdardır. Partiya özünəməxsus dəyərləri ilə ölkənin siyasi həyatına “siyasi mədəniyyət” gətirib və bu il 25-ci ildönümünü qeyd edir. Baş redaktor bütün partiya üzvlərini yubiley münasibəti ilə təbrik edib.
Mühazirə diskusiya şəklində davam edib.

İctimaiyyətlə əlaqələr şöbəsi


Azərbaycan Universitetinin tələbələri üçün “Heydər Əliyev müasir Azərbaycanın qurucusudur” mövzusunda mühazirə təşkil olunubAzərbaycan Universitetinin tələbələri üçün “Heydər Əliyev müasir Azərbaycanın qurucusudur” mövzusunda mühazirə təşkil olunub


Oxşar xəbərlər