Ötən həftələrdə ABŞ prezidenti Donald Trampın şəxsi tvitter hesabını bağlayan şirkət işçisinin kimliyi məlum olub.
ABŞ prezidentinin şəxsi hesabını 11 dəqiqəlik bağlayan işçi türk əsilli alman vətəndaşı Bəxtiyar Duysak olub.
“TechCrunch”a müsahibə verən Bəxtiyar Duysak tələbə vizası ilə ABŞ-a getdiyini və Tvitterdə müştəriyə dəstək qurumunda işlədiyini deyib. O, D.Trampın hesabının bağlanmasının bir səhv ucbatından baş verdiyini etiraf edib.
Almaniyaya geri qayıdan B.Duysak texnologiya sahəsində kariyera qurmaq istəmədiyini vurğulayıb.
Tvitter şirkəti də məsələ ilə bağlı verdiyi açıqlamada hesabın yanlışlıqla bağlandığını, hadisə ilə bağlı araşdırma aparıldığını bildirmişdi.
Tehsil-press.az