İjevskdə bir neçə fəhlə əmək haqqı borclarını almaq üçün özlərinə xəsarət yetiriblər.
“MT Qrup” şirkətinin işçilərindən birinin sözlərinə görə, firmanın rəhbərliyi iki il boyunca ardıcıl olaraq əmək haqqını gecikdirib, yaxud verməyib.
Situasiyadan xəbərdar olan əməkdaşlardan birinin sözlərinə görə, şirkət bəzi işçilərin əmək haqqını 2014-cü ildən vermir. Borcun miqdarı isə məlum deyil. May ayının əvvəlində 30 işçi şirkətin ofisinə gedərək rəhbərlikdən, o cümlədən baş direktor Sergey Kərimovdan borclarını qaytarmalarını tələb ediblər. Ancaq “yox” cavabı eşidən 6 işçi venalarını doğramağa cəhd edib. Hadisə yerinə təcili yardım və polis çağırılıb. İntihara cəhd edənlərdən biri xəstəxanaya aparılıb, qalanlara yerində yardım edilib.
Bundan sonra intihar həddinə çatdırma maddəsi ilə cinayət işi qaldırılıb. Şirkətdəki mənbə deyib ki, bu hadisə səbəbindən direktor həmin 30 nəfərin hamısı ilə borc haqq-hesabını həll edib.
Tehsil-press.az