“Ali Təhsil və İqtisadi İnkişaf: İnnovasiya, Sahibkarlıq və Universitetlərin Maliyyə Davamlılığı” mövzusunda simpozium keçirildi

“Ali Təhsil və İqtisadi İnkişaf: İnnovasiya, Sahibkarlıq və Universitetlərin Maliyyə Davamlılığı” mövzusunda simpozium keçirildi Bakıda Four Seasons otelində dekabrın 4-də Azərbaycan Respublikası Təhsil İnstitutu və British Council beynəlxalq təşkilatının birgə təşkilatçılığı ilə “Ali Təhsil və İqtisadi İnkişaf: İnnovasiya, Sahibkarlıq və Universitetlərin Maliyyə Davamlılığı”mövzusunda simpozium keçirildi.
Simpoziumda bir çox Azərbaycan dövlət və özəl universitetlərin nümayəndələri ilə yanaşı Sumqayıt Dövlət Universitetinin əməkdaşları professor Cavanşir Məmmədov, dosentlər Samir Orucov, Loğman Abdullayev iştirak etdilər. Tədbiri British Council təşkilatının ölkə üzrə direktoru Elizabet Uayt açaraq qeyd etdi ki, qlobal təhsil mühitində sosial və iqtisadi inkişafın təmin edilməsində mühüm rol oynayan ali təhsil müəssisələrində sahibkarlıq, innovasiya və tədqiqat aktual mövzulara çevrilib. Simpoziumun keçirilməsində də məqsəd Azərbaycanda ali təhsil sektorunda fəaliyyət göstərən liderləri bir yerə toplayaraq sahibkarlıq və innovasiyaların dəstəklənməsi yolu ilə ali təhsilin ölkənin iqtisadi inkişafına təsirinə dair mövzuları müzakirə etməkdir. Çıxış edən Böyük Britaniyanın iki aparıcı ali təhsil müəssisənin nümayəndələri dr.Robert Nyuberi və dr. Arun Sukumar bildirdilər ki, onların təmsil etdikləri təhsil müəssisələrində müasir texnoparkların yaradılması işi sahibkar mühitinin inkişafına müsbət təsir göstərir.Təklif olunan model “Üçlü spiral” adlanır. Bura hökümət, sənaye və universitetlər daxildir. Məhz bu üçtərəfli bağlılıq əsasında ali təhsil müəssisələrində təhsil alan tələbələrin təfəkkürü əsasında formalaşan ideyalar texnoparklar vasitəsilə tətbiq edilir və bazara təklif olunur. Tədbirdə təqdim olunan mövzu ilə bağlı Azərbaycan Təhsil İnstitutunun direktoru Emin Amrullayev, ADA Universiteti Fondunun Prezidenti Natiq Hacıyev, Bakı Mühəndislik Universiteti Texnoparkın direktoru Samir Məmmədov, Böyük Britaniyanın Nyukasl Universitetinin əməkdaşı və Sahibkarlıq üzrə Tədqiqat Qrupunun rəhbəri dr. Robert Nyuberi, Koventri Universitetinin əməkdaşı dr.Arun Sukumar çıxış etdilər. Natiqlər çıxışlarında bildirdilər ki, sahibkarlıq fəaliyyətinin tələbələrə aşılanması üçün bu adda tədris fənninin əksər ixtisaslara keçirilməsi daha effektiv olar. Ali təhsil müəssisələrində yaradılacaq texnoparklar tələbələrin praktiki olaraq uğur qazanmaları, eyni zamanda onların gələcək də işlə təmin olunmasında mühüm rol oynayacaq.
Simpoziumda təklif olunan məsələlər iştirakçılar tərəfindən müzakirə olundu, suallar cavablandırıldı.

Mətbuat xidməti



Oxşar xəbərlər