“İnnovasiya ekosisteminin qurulması” mövzusunda seminar davam edir

“İnnovasiya ekosisteminin qurulması” mövzusunda seminar davam edir “İnnovasiya ekosisteminin qurulması” mövzusunda beynəlxalq seminar oktyabrın 20-də işini Bakı Mühəndislik Universitetində (BMU) davam etdirib.
Tədbir Təhsil, İqtisadiyyat, Rabitə və Yüksək Texnologiyalar nazirlikləri, Azərbaycan Milli Elmlər Akademiyası və Bakı Mühəndislik Universiteti tərəfindən birgə təşkil olunub.
Seminarın keçirilməsinin məqsədi müvafiq dövlət və özəl qurumların birgə innovasiya ekosisteminin təşəkkülü ilə bağlı fəaliyyət planının hazırlanmasına dəstək göstərməkdir.
Tədbirdə BMU-nun rektoru, professor Havar Məmmədov rəhbərlik etdiyi ali məktəbin fəaliyyəti barədə danışıb.
Seminarın əhəmiyyətini qeyd edən rektor deyib ki, universitet-biznes-dövlət əməkdaşlığını özündə cəmləşdirən, innovativ ekosistemin formalaşması və inkişafında önəmli rol oynayan sahibkarlıq universiteti modeli hazırda daha da aktuallaşıb. Bu səbəbdən də sahibkarlıq universitetlərinin ölkəmizdə formalaşmasına xüsusi diqqət göstərilir.
Sonra xarici ölkələrdən olan ekspertlərin “Vençur maliyyə sazişlərinə giriş”, “Regional keys: Rusiya, Qazaxıstan və digər MDB ölkələrində innovasiya ekosisteminin təkamülü, “MDB məkanında vençur maliyyəsinin başlanması” və digər mövzularda məruzələri dinlənilib, vençur maliyyəsi, sahibkarlıq təhsili və mədəniyyəti mövzusunda təlim və müzakirələr aparılıb.

BMU-nun Mətbuat xidməti



Oxşar xəbərlər