Emin Sabitoğlunun 80 illik yubileyi qeyd olunub

Emin Sabitoğlunun 80 illik yubileyi qeyd olunub Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsinin şəbəkəsinə daxil olan uşaq incəsənət və musiqi məktəblərində görkəmli bəstəkar Emin Sabitoğlunun 80 illik yubileyi qeyd olunub
Abşeron rayon Xırdalan şəhər 11 illik musiqi məktəbi və Azərbaycan Milli Konservatoriyasının birgə təşkilatçılığı ilə keçirilən tədbiri məktəbin direktoru, əməkdar müəllim İkram Manafov giriş sözü ilə açaraq, belə tədbirlərin gənc nəslin bədii-estetik zövqünün formalaşmasında əhəmiyyətindən danışıb.
Sonra tədbirdə bəstəkarın həyat və yaradıcılığı haqqında məlumat verilib, ömür yolundan bəhs edən videoçarx nümayiş olunub.
Daha sonra Azərbaycan Milli Konservatoriyanın müəllimi Anar Şuşalı, tələbələr və musiqi məktəbinin xanəndəlik və vokal sinfinin şagirdlərinin ifasında bəstəkarın mahnıları dinlənilib.
Sumqayıt şəhər S.Rüstəmov adına Uşaq İncəsənət Məktəbində keçirilən tədbirdə bəstəkarın həyat və yaradıcılığı haqqında məktəbin müəllimi Elnarə Xankişiyeva geniş məlumat verib. Sonra müəllim və şagirdlərin ifasında bəstəkarın mahnıları səslənib.

Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsinin
mətbuat xidməti


Emin Sabitoğlunun 80 illik yubileyi qeyd olunubEmin Sabitoğlunun 80 illik yubileyi qeyd olunubEmin Sabitoğlunun 80 illik yubileyi qeyd olunubEmin Sabitoğlunun 80 illik yubileyi qeyd olunub

Oxşar xəbərlər