“İnnovasiya Sahibkarlığı və Texnoparklar” adlı kitab nəşr olunub

“İnnovasiya Sahibkarlığı və Texnoparklar” adlı kitab nəşr olunub Ölkəmizdə innovasiya ekosisteminin formalaşmasında xüsusi rol oynayan AMEA YT Parkının dəstəyi ilə“İnnovasiya Sahibkarlığı və Texnoparklar” adlı kitab nəşr olunub. Belə ki, AMEA YT Parkının eksperti, həmçinin Bakı Mühəndislik Universitetinin dosenti İsa Qasımovun və universitetin müəllimi Fərid Cəbiyevin həmmüəllifi olduğu kitabın təqdimatı keçirilib.
Təqdimat mərasimini giriş sözü ilə açan AMEA YT Parkın Biznes İnkubasiya şöbəsinin müdiri Vüsal Süleymanlı qonaqları salamlayaraq, kitabın ərsəyə gələməsində rolu olan hər kəsə təşəkkür edib.
AMEA YT Parkının direktoru Vüqar Babayev təqdimatı keçirilən kitabın həsr olunduğu mövzunun aktuallığından danışıb. Bildirib ki, Dünyada qloballaşmanın, eləcə də yüksək texnologiyaların istehsalının və tətbiqinin təsiri ilə baş verən sürətli dəyişikliklər, həmçinin rəqabət anlayışının aktuallaşması iqtisadiyyatda innovasiyalara əsaslanan yanaşmaları zəruri edir. Son zamanlar isə xüsusilə qeyri-neft sektorunun inkişaf etdirilməsi, eləcə də iqtisadi potensialın səmərəliyi Azərbaycanda ən aktual sahələrdən birinə çevrilmişdir. Vüqar Babayev qeyd edib ki, İnnovasiya sahibkarlığının inkişaf etdirilməsi sənayeləşmədən informasiya cəmiyyətinə keçid prosesi ilə birlikdə daha çox əhəmiyyət kəsb edir.
Sonra İsa Qasımov müəllifi olduğu kitab barəsində geniş məlumat verib. "İnnovasiya sahibkarlığı və texnoparklar" adlı kitab Azərbaycanda yüksək texnologiyaların, o cümlədən innovasiyaların tətbiqinə əsaslanan sahibkarlığın inkişafının aktuallığı müstəvisində mühüm əhəmiyyət kəsb edir. Belə ki, kitabda verilən materiallar innovasiya sahibkarlığının və texnoparkların inkişafı ilə bağlı istər dünya təcrübəsinin öyrənilməsi, istərsə də innovasiya sahibkarlığının əsas dinamikası hesab olunan təşəbbüskarlığın mahiyyətinin mənimsənilməsində xüsusi rol oynayacağını qonaqların diqqətinə çatdırıb.
Qeyd edək ki, Kitab "Azərsu" ASC-nin və Azərbaycan Milli Elmlər Akademiyası Yüksək Texnologiyalar Parkının dəstəyi ilə işıq üzü görüb.
İsa Qasımov və Fərid Cəbiyevin birlikdə hazırladıqları Texnoparklar mövsununda "İnnovasiya sahibkarlığı və Texnoparklar" adlı kitab ölkəmizdə bu istiqamətdə ilk dəsr vəsaitidir.

BMU-nun Mətbuat Xidməti


“İnnovasiya Sahibkarlığı və Texnoparklar” adlı kitab nəşr olunub“İnnovasiya Sahibkarlığı və Texnoparklar” adlı kitab nəşr olunub“İnnovasiya Sahibkarlığı və Texnoparklar” adlı kitab nəşr olunub

Oxşar xəbərlər