Əvəz Zeynallı saxlanıldı

Əvəz Zeynallı saxlanıldı Bu axşam “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı saxlanılıb.
Vəkilin sözlərinə görə, Əvəz Zeynallı polis əməkdaşlarının Binəqədi şosesini necə kəsdikləri barədə çəkiliş aparırmış. “Xural” nəşrinin baş redaktoru bu çəkilişi sosial şəbəkələrdə birbaşa yayımda paylaşırmış. Öz birbaşa yayımında jurnalist iddia edirmiş ki, yüzlərlə insan yolun bağlanmasına görə evə piyada qayıtmağa məcbur olub.
Polis əməkdaşları A.Zeynallıdan çəkilişi dayandırmağı tələb ediblər. Jurnalist polis əməkdaşlarının tələblərini yerinə yetirməkdən imtina edib. Bundan sonra Əvəz Zeynallı saxlanılıb və 4-cü Polis Bölməsinə aparılıb.

Təhsil-press.az


Oxşar xəbərlər