Azərbaycanda 12 metrlik avtobuslar istifadəyə verildi

Azərbaycanda 12 metrlik avtobuslar istifadəyə verildi Bakı Nəqliyyat Agentliyinin (BNA) yaranmasının ikinci ildönümü münasibətilə, “Xaliq Faiqoğlu” şirkətində Agentliyin rəhbər işçilərinin iştirakı ilə görüş keçirilib. Hesabat xarakterli görüşdə şirkətin rəhbəri Faiq Seyidov və Bakı Nəqliyyat Agentliyinin baş direktorunun müşaviri Mübariz Abbasov, İctimai nəqliyyatın tənzimlənməsi şöbəsinin müdiri İlqar İbrahimov iştirak ediblər.
Görüşdə şirkətin rəhbəri Faiq Seyidov 2016-2017-ci illər ərzində şirkətin əldə etdiyi uğurlardan, həyata keçirilən layihələrdən və görülən işlər haqqında geniş məlumat verib: “Statistik rəqəmlərə diqqət yetirsək “Xaliq Faiqoğlu” şirkəti 2017-ci il ərzində 15 milyona yaxın sərnişinə xidmət göstərib. Sərnişinlərin rahatlığı üçün mütəmadi olaraq avtobus parkı yenilənir, mövcud avtobuslarda kimyəvi təmizlənmə və dezinfeksiya işləri aparılır, mərkəzi marşrut xəttlərində çalışan avtobuslarda Wi-Fi xidməti aktiv edilmişdir. İstismar prosesində qarşıya çıxan problemlər və nöqsanlar dərhal aşkar olunaraq müvafiq struktur bölmələr tərəfindən aradan qaldırılır. Əminik ki, 2018-ci ildə Bakı şəhərində ictimai nəqliyyat daha da inkişaf edəcək, daha da müasirləşəcək, şəhərimizin qonaqları və sərnişinlər ictimai nəqliyyatdan məmnun qalacaqlar”.
Sonda “Xaliq Faiqoğlu” şirkətinin direktoru bütün bu layihələrin icrasında göstərilən dəstəyə görə Bakı Nəqliyyat Agentliyinin (BNA) baş direktoru Vüsal Kərimliyə və agentlik kollektivinə öz təşəkkürünü bildirib.
Qeyd edək ki, Bakı Nəqliyyat Agentliyinin yaranması ilə “Xaliq Faiqoğlu” şirkəti yeni inkişaf mərhələsinə qədəm qoyub, şirkət qısa müddət ərzində yeni inkişaf konsepsiyası hazırlayıb və tətbiqinə nail olub. 2016-2018-ci il ərzində “Xaliq Faiqoğlu” şirkəti tərəfindən 43 milyon manatlıq investisiya xərcləri nəzərdə tutulub ki, I mərhələ çərçivəsində layihələrin icrası üçün “Xaliq Faiqoğlu” şirkəti tərəfindən artıq 15 milyon manatdan artıq vəsait xərclənib. Növbəti mərhələdə 70 ədəd avtobusun gətirilməsi nəzərdə tutulub ki, bu layihənin dəyəri 28 milyon manat təşkil edir. Şirkət layihələrin icrası üçün beynəlxalq maliyyə institutları ilə əməkdaşlıq edir.
Onu da qeyd edək ki, BNA-nın yaranması günü münasibətilə “Xaliq Faiqoğlu” şirkəti 12 metrlik, İsizu Citiport markalli avtobuslarını istismara verib.

Azərbaycanda 12 metrlik avtobuslar istifadəyə verildiAzərbaycanda 12 metrlik avtobuslar istifadəyə verildiAzərbaycanda 12 metrlik avtobuslar istifadəyə verildiAzərbaycanda 12 metrlik avtobuslar istifadəyə verildi

Tehsil-press.az

Oxşar xəbərlər