Həftənin son iş günü üçün məzənnə

Həftənin son iş günü üçün məzənnə “Qeyri-neft gəlirlərinin artması manatın məzənnəsini təhlükəsizləşdirəcək”.
Bunu “AzFinance” investisiya şirkətinin direktor müavini Murad Əhmədov deyib.
O qeyd edib ki, milli valyutanın məzənnəsinin dəstəklənməsi üçün xammal amilindən asılılığı azaltmaq lazımdır:
“Bu gün dövlət büdcəsinin gəlirlərində neft sektorunun payı kifayət qədər yüksəkdir. Əgər biz neft gəlirlərinin xüsusi çəkisinin azalmasına nail olsaq, demək olar ki, dolların məzənnəsi iki manatı ötməyəcək. Əks təqdirdə neft qiymətlərinin tərəddüdü və əsas ticarət tərəfdaşlarımız – Türkiyə, Rusiya və Qazaxıstanın valyutalarının dəyişkənliyi manatın dollara nisbətdə məzənnəsinə təzyiq göstərəcək”.

Tehsil-press.az


Oxşar xəbərlər