Bülbülün anadan olmasının 120 illik yubileyinə həsr olunmuş musiqi festivalının qalibləri mükafatlandırılıblar

Bülbülün anadan olmasının 120 illik yubileyinə həsr olunmuş musiqi festivalının qalibləri mükafatlandırılıblar Beynəlxalq Muğam Mərkəzində Azərbaycan professional vokal məktəbinin banisi, görkəmli müğənni, tanınmış ictimai xadim, SSRİ xalq artisti, SSRİ Dövlət mükafatı laureatı Bülbülün (Murtuza Məşədi Rza oğlu Məmmədovun) anadan olmasının 120 illik yubileyinə həsr olunmuş musiqi festivalı qaliblərinin mükafatlandırılması mərasimi və qala konsert keçirilib.
Festival Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Bülbülün 120 illik yubileyinin keçirilməsi haqqında” Sərəncamına uyğun olaraq Təhsil Nazirliyi, Azərbaycan Milli Konservatoriyası (AMK) nəzdində İncəsənət Gimnaziyası, Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi tərəfindən təşkil olunub.
Tədbirdə təhsil nazirinin müavini Firudin Qurbanov Azərbaycan Prezidenti İlham Əliyevin “Bülbülün 120 illik yubileyinin keçirilməsi haqqında” Sərəncamının əhəmiyyətini vurğulayıb.
Görkəmli müğənni, tədqiqatçı-alim və pedaqoq, SSRİ xalq artisti Bülbülün Azərbaycan mədəniyyəti tarixindəki müstəsna xidmətlərindən danışan F.Qurbanov qeyd edib ki, böyük sənətkar dünya musiqi sənətinə parlaq səhifələr yazıb. Milli professional vokal məktəbinin yaradıcısı Bülbülün ənənələri bütün Şərq vokal sənətinə böyük təsir göstərib, müasir ifaçılar üçün gözəl örnəyə çevrilib. Xalq musiqi nümunələrinin toplanması, sistemləşdirilməsi, nota köçürülüb çap olunması, xalq musiqisinin qorunub saxlanılması və gələcək nəsillərə çatdırılmasında Bülbülün əvəzsiz xidmətləri olub.
Azərbaycanın Rusiya Federasiyasındakı səfiri Polad Bülbüloğlu Prezident İlham Əliyevin təhsilə, mədəniyyətə, incəsənətə daim xüsusi önəm verdiyini diqqətə çatdırıb.
Festivalın əhəmiyyətindən danışan P.Bülbüloğlu onun təşkilatçılarına təşəkkürünü bildirib.
Tədbirdə festival barədə məlumat verilib. Qeyd olunub ki, musiqi festivalının keçirilməsində əsas məqsəd xanəndə və vokal sənətini inkişaf etdirmək, istedadlı ifaçıları aşkara çıxarmaq, onlara dəstək vermək, yaradıcılıqları üçün geniş imkanlar yaratmaqdan ibarətdir.
Festival xanəndə, milli adətlər, vokal nominasiyaları üzrə təşkil olunub. İki gün müddətində keçirilən festivalın açılışında AMK nəzdində Azərbaycan İncəsənət Gimnaziyasının xoru, rəqs kollektivləri, Qazaxıstan və Özbəkistandan gəlmiş kollektivlər çıxış ediblər.
AMK nəzdində İncəsənət Gimnaziyasının təsviri və tətbiqi sənət şöbəsinin şagirdlərinin rəsmlərindən ibarət sərgi açılıb.
Tədbirdə festivalın qaliblərinə diplom və fəxri-fərmanlar verilib.
Sonra maraqlı konsert proqramı təqdim olunub.

Hikmət Əliyev


Bülbülün anadan olmasının 120 illik yubileyinə həsr olunmuş musiqi festivalının qalibləri mükafatlandırılıblarBülbülün anadan olmasının 120 illik yubileyinə həsr olunmuş musiqi festivalının qalibləri mükafatlandırılıblarBülbülün anadan olmasının 120 illik yubileyinə həsr olunmuş musiqi festivalının qalibləri mükafatlandırılıblarBülbülün anadan olmasının 120 illik yubileyinə həsr olunmuş musiqi festivalının qalibləri mükafatlandırılıblarBülbülün anadan olmasının 120 illik yubileyinə həsr olunmuş musiqi festivalının qalibləri mükafatlandırılıblarBülbülün anadan olmasının 120 illik yubileyinə həsr olunmuş musiqi festivalının qalibləri mükafatlandırılıblarBülbülün anadan olmasının 120 illik yubileyinə həsr olunmuş musiqi festivalının qalibləri mükafatlandırılıblar

Oxşar xəbərlər