Lavrov və Tillerson Suriyanı müzakirə ediblər

Lavrov və Tillerson Suriyanı müzakirə ediblər Rusiya XİN rəhbəri Sergey Lavrov və ABŞ dövlət katibi Reks Tillerson arasında telefon danışığı olub.
Telefon danışığı zamanı tərəflər Suriya məsələsini, bu ölkənin ərazi bütövlüyünün qorunub saxlanılmasını və Soçidə Milli dialoq konqresini müzakirə ediblər.
Rusiya XİN-nin məlumatında deyilir: "Suriyada münaqişənin aradan qaldırılması üçün, bu ölkənin ərazi bütövlüyünün qorunub saxlanılması ilə, gələcək addımlar və BMT TŞ-nın 2254 qətnaməsi əsasında Soçidə Suriya Milli Dialoq Konqresinin keçirilməsi müzakirə olunub".

Tehsil-press.az

Oxşar xəbərlər