Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) yeni yaradılan Xarici Ticarətə Dəstək Mərkəzində yanvarın 9-10-da “İxracın stimullaşdırılmasının dünya təcrübəsi: yanaşmalar və nəticələr” mövzusunda “dəyirmi masa” keçiriləcək.
Beynəlxalq iqtisadiyyat kafedrası ilə birlikdə təşkil ediləcək tədbirin məqsədi regionlar üzrə xarici bazarları öyrənmək, mal qrupları və qrupdaxili mal növləri bazarlarının ümumi tələblərini, bu bazarlarda formalaşan real və potensial alıcıların tədiyəqabiliyyətli tələbini müəyyənləşdirməkdir.
Tədbirdə mövzu ilə bağlı məruzələr dinləniləcək.

UNEC-in Mətbuat Xidməti