Azərbaycan Dövlət İqtisad Universiteti sahibkarlara dəstək verir

Azərbaycan Dövlət İqtisad Universiteti sahibkarlara dəstək verir Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) sahibkarlara dəstək verməyə hazırdır.
Bunu UNEC-in biznes və menecment fakültəsinin dekanı, dosent Mirağa Əhmədov deyib.
Alim universitetdə yeni fəaliyyətə başlayan Digital Marketinq Mərkəzi və Xarici Ticarət Dəstək Mərkəzi barədə məlumat verib. O, mərkəzlərin sahibkarların istehsal etdikləri məhsulların satışının səmərəli təşkili üçün istər yerli, istərsə də xarici bazarlarda tədqiqat aparmağa hazır olduğunu diqqətə çatdırıb. M.Əhmədov UNEC-in bu bölgənin sahibkarlarına ödənişsiz konsaltinq xidməti göstərəcəyini, onları əyani və elektron vəsaitlərlə təmin edəcəyini bildirib.

UNEC-in Mətbuat Xidməti


Oxşar xəbərlər