“Ədalət mənə uşaq kimi baxır” - “Lider” TV-nin prezidentinin xanımı

“Ədalət mənə uşaq kimi baxır” - “Lider” TV-nin prezidentinin xanımı Bir çoxları onu Bakıda ilk dəfə itlər üçün açılan salonun sahibəsi kimi, bəziləri isə “Mənim dostum” verilişinin aparıcısı kimi tanıyır. Nailə Əliyeva üçün isə ən böyük statusu Ədalət Əliyevin ( Lider Televiziyasının prezidenti) həyat yoldaşı olmaqdır.
Umay və Hüseynin anasıdır. Lakin möcüzələrə hələ də balaca uşaq kimi inanır. Həyatında əldə etdiyi hər şeyə görə həyat yoldaşına və 8 ildir ki, hamıdan gizlətdiyi bloknotuna borcludur…
- Heyvanlarla bağlı salon yaratmaq ideyası haradan yarandı sizdə?
- Həyat yoldaşım mənə “Yorkshire” cinsindən olan it bağışlamışdı. Bu, haradasa 7 ilin söhbətidir. Bakıda onun tüklərini gözəl kəsə bilən yox idi və ağlıma belə bir ideya gəldi ki, gedim Ukrayanaya və bu işi öyrənim. Kiyevdə baytarlıq klinikasında mənə itlərə necə düzgün qulluq etməyi, tüklərini təmizləməyi öyrətdilər. Bakıya qayıdanda artıq dostlarım, dostlarımın dostları öz itlərini mənə həvalə etməyə başladılar və bu şəkildə işləməyə başladım.
- Heyvanlara baxmaq uşağa baxmaq kimi xərc tələb edən işdir. Həm qidası, həm dərmanları, həm baxımı... Yəqin ki sizə müraciət edənlər arasında təminatlı insanlar üstünlük təşkil edir.
- Bizə həm imkanlı adamlar, həm az təminatlı insanlar gəlir. Bəli, bahalı baxımdır. Elə bil ailəyə uşaq gəlir. Onun nəinki çimizdirilməsi, qidası, baytar xidməti, paltarları da xərc tələb edir. Çünki bəzi cins itlər var ki, onların paltar geyinməsi şərtdir. Geyim onları qışda soyuqdan, yayda isə gün şüalarından qoruyur. Ona görə də, it saxlayanda yüz ölçüb, bir biçmək lazımdır.



Tehsil-press.az

Oxşar xəbərlər