Astanada siçanlar bankomata soxularaq pulları yeyiblər - Video

Astanada siçanlar bankomata soxularaq pulları yeyiblər - Video Qazaxıstanın paytaxtı Astanada siçanlar banklardan birinin bankomatına girərək oradakı pulları yararsız hala salıblar.
Bank yaydığı açıqlamasında siçanların bankomatlardan birinin kasetindəki pulları yararsız hala salmasını təsdiqləyir. Rəhbərlik son vaxtlar paytaxtda müşahidə olunan soyuq hava şəraiti ilə əlaqədar olaraq gəmiricilərin bankomatlara sığındığını bildirib. Eyni zamanda, gəmiriciləri heç bir təhlükə gözləmədiyini açıqlayıb.
Bank dəyən zərəri açıqlamasa da, yerli KİV məbləğin 100 min tenqe (təxminən 300 dollar) olduğunu yazır.



Tehsil-press.az

Oxşar xəbərlər