Azərbaycanın Baş nazirinin müavini Abid Şərifov dekabrın 23-də Tufandağ ətrafına səfər edən zaman itkin düşən 3 nəfər azərbaycanlı alpinistin axtarış işləri ilə bağlı vəziyyəti qiymətləndirib.
A.Şərifov “Ölkə.Az”a müsahibəsində itkiş düşmüş alpinistlərin tapılması ilə bağlı ölkə başçısı tərəfindən müvafiq tapşırıqlar verildiyini deyib:
“Alpinistlərin tapılması üçün xarici ölkələrdən, o cümlədən qardaş Türkiyədən mütəxəssislər gətirilib, axtarış işlərinə helikopterlər cəlb olunub və sairə. Bütün bunlar böyük xərc tələb etsə də, dövlətimiz bu məsələni diqqətdə saxlayır. Həm cənab Prezident, həm də hökumətimiz çalışır ki, itən alpinistlər tezliklə tapılsın. Hər kəs də bunu istəyir. Şübhəsiz ki, bu məsələ bilavasitə cənab prezidentin nəzarətindədir. Cənab Prezidentin göstərişi və razılığı olmadan, Fövqəladə Hallar Nazirliyi xaricdən özbaşına mütəxəssis dəvət etməz. Ona görə də bütün müvafiq qurumlar alpinistlərin tapılması üçün gecə-gündüz çalışırlar”.
Baş nazirin müavini alpinistlərin axtarışları ilə bağlı bir sıra şəxslərin irad və tənqidi fikirlər səsləndirməsini də şərh edib:
“Bu cür yanaşma heç bir xarici dövlətlərdə yoxdur. Digər dövlətlərdə hər hansı hadisə baş verən zaman dövlət qurumları 2-3 gün axtarış apardıqdan sonra işi dayandırır. Amma Azərbaycanda belə yanaşma yoxdur. Cənab Prezidentin göstərişi ilə 20 gündən çoxdur ki, axtarış işləri davam etdirilir. Özü də çox çətin, qarlı, tufanlı şəraitdə işlər aparılır. Bu məsələdə hökumətin qınanmasına gəldikdə isə, hər bir adam nəyisə irad tuta bilər. Amma irad tutan o adamın buna haqqı var ki, həmin şəxs düzgün təklif versin. Həmin adam bizdən çox bilirsə, düzgün təklif verib desin ki, siz doğru iş görmürsünüz, əslində bu cür etmək lazımdır və sairə. Həmin adamlar gəlib yerindəcə vəziyyətlə tanış olsa, görəcək ki, mütəxəssislər neçə müddətdir gecə-gündüz qarda, çovğunda axtarış işlərini həyata keçirirlər. İrad tutanların daha ağıllı fikirləri, təklifləıri varsa, gəlib söyləsinlər, biz də onu edək. Yoxsa boş-boş irad tutmağa nə var!”.
Tehsil-press.az