Oktyabrın 21-də Azərbaycan Dillər Universitetində (ADU) TEMPUS proqramının FLEPP layihəsinin yekun konfransı keçirildi. Tədbirdə ADU-nun rektoru vəzifəsini icra edən professor Dünyamin Yunusov, Tədris işləri üzrə prorektor, professor Əfqan Abdullayev, Beynəlxalq əlaqələr üzrə prorektor, professor Jalə Qəribova, FLEPP layihəsində iştirak edən ölkələrin, o cümlədən, Bakı Dövlət Universitetinin, Azərbaycan Tibb Universitetinin nümayəndələri və ADU-nun professor-müəllim heyəti iştirak edirdi.
Tədbirdə açılış nitqi ilə çıxış edən professor Dünyamin Yunusov qonaqları salamlayaraq onları Azərbaycan Dillər Universitetində görməkdən məmnun olduğunu dilə gətirdi. Universitetin tarixi, beynəlxalq əlaqələri, tədris prosesi haqqında ətraflı məlumat verən professor ADU-nun dünyaya açılan ali təhsil müəssisəsi olduğunu vurğuladı. O, ADU-da müxtəlif dillərin tədris olunduğunu və burada bir sıra ölkələrin dil və mədəniyyət mərkəzlərinin fəaliyyət göstərdiyini sözlərinə əlavə etdi. Universitetin beynəlxalq əlaqələrindən danışan professor ADU-nun dünyanın aparıcı ali təhsil müəssisələri ilə əməkdaşlıq etdiyini dedi. ADU-nun qoşulduğu və ev sahibliyi etdiyi beynəlxalq layihələrdən danışan professor Dünyamin Yunusov TEMPUS proqramının FLEPP layihəsinin yekun konfransının vacibliyini vurğuladı, iştirakçılara uğurlar arzu etdi.
Sonra Azərbaycan Respublikasının Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin aparıcı məsləhətçisi Vüsalə Qurbanova iştirakçıları salamlayaraq bugünkü konfransın işinə uğurlar arzuladı. O, bu layihənin Azərbaycan Dillər Universiteti üçün vacib proqram olduğunu qeyd etdi.
Daha sonra Qırğızıstanın Təhsil Nazirliyinin nümayəndəsi Sonun Andreşeva çıxış edərək konfransda iştirak etdiyi üçün şad olduğunu bildirdi. O, Qırğızıstan Təhsil Nazirliyinin belə layihələri hər zaman dəstəklədiyini qeyd etdi və bunun təhsil sahəsi üçün önəmli olduğunu sözlərinə əlavə etdi.
Konfransın birinci bölməsində çıxış edən ADU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru, professor Jalə Qəribova iştirakçıları salamlayaraq bugünkü yekun konfransın proqramı haqqında məlumat verdi və onlara tədbirə qatıldıqları üçün təşəkkürünü bildirdi. O, TEMPUS proqramının geniş və əhəmiyyətli olduğunu bildirərək FLEPP layihəsinin 3 illik fəaliyyəti nəticəsində bir çox uğurların əldə edildiyini qeyd etdi. Professor Jalə Qəribova bu layihə çərçivəsində müxtəlif təcrübələrin qazanıldığını da vurğuladı. O, universitetlərin rəhbərliyinə bu layihənin bir parçası olmağa icazə verdikləri üçün təşəkkür etdi. Jalə Qəribova bu proqramın bir çox mədəniyyətləri birləşdirdiyini, müxtəlif universitetlərin əməkdaşlarından dəyərli təcrübələrin qazanıldığını da sözlərinə əlavə etdi.
Daha sonra professor Jalə Qəribova iştirakçılara “FLEPP layihəsindən gözləntilər və əldə olunması nəzərdə tutulan nəticələr” mövzusunda hesabat məruzəsini təqdim etdi. O, layihənin məqsədinin ixtisaslaşmış universitetlərdəki dil kurrikulumunu yenidən müəyyənləşdirmək, həmin universitetlərdəki xarici dil müəllimlərinə təlim keçmək, tədris üçün nəzərdə tutulan avadanlıqları yenidən qurmaq, əldə olunan nəticələri yaymaq və layihənin Ömür Boyu Təhsil (LifeLong Learning) hissəsində mütəxəssislər hazırlamaq və xüsusi təlimlər keçmək olduğunu bildirdi. Professor Jalə Qəribova layihənin təqdimatında yer alan mövzular sırasına təhsil proqramının yaradılması və həyata keçirilməsi, ehtiyacların və çatışmazlıqların dəyərləndirilməsi, yerli orqanlar tərəfindən akkreditasiyanın aparılması, resursların inkişafı, dil mərkəzlərinin yaradılması, mövcud strategiyaların inkişaf etdirilməsi və digər məsələlər daxil olduğunu bildirdi. O, tələbə mobilliyi mövzusunda Azərbaycan Dillər Universitetindən 2 nəfər tələbənin Esseks və 1 nəfər tələbənin isə Qlazqo Universitetinə göndərildiyini də diqqətə çatdırdı.
Konfransın ikinci bölməsində iştirakçılara Ömürboyu Təhsil (LifeLong Learning) mövzusunda məlumat verildi.
Bakı Dövlət Universitetinin Sosial məsələlər, tələbələrlə iş və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Sani Hacıyev iştirakçıları salamlayaraq onlara BDU haqqında məlumat verdi. Bakı Dövlət Universitetinin Əlavə Təhsil Mərkəzi haqqında danışan S.Hacıyev bu mərkəzin fasiləsiz təhsil sistemində kadrların əlavə təhsilinin istiqamətini, məzmununu, formasını, təşkilini və onlara müvafiq sənədin verilməsi qaydalarını müəyyən etdiyini bildirdi. Bundan başqa o, mərkəzdə təlim və tədrisin təşkili mövzusunda da iştirakçılara məlumat verdi.
Daha sonra ADU-nun Əlavə Təhsil fakültəsinin dekanı, dosent Yasəf Mürşüdov fakültə haqqında danışdı. O, fakültənin 2000-ci ildən fəaliyyət göstərdiyini 2010-cu ildə ildən isə sferasının genişləndiyini qeyd etdi. Fakültənin fəaliyyət istiqaməti haqqında məlumat verən Y.Müşüdov “İxtisasartırma”, Kadrların yenidən hazırlanması” və “Təkrar ali təhsil” şöbələrinin tam fəaliyyət göstərdiyini, digər “Staj keçmə”, “Dərəcələrin yüksədilməsi” və “Yaşlıların təhsili” bölmələrinin isə yaxın zamanlarda fəaliyyət göstərəcəyini sözlərinə əlavə etdi. Ömür boyu Təhsil haqqında danışan Yasəf Mürşüdov bu anlayışın dünyada gedən qloballaşma tendensiyalarından irəli gəldiyini vurğuladı. O, bu tendensiyanın dünya ölkələrində iqtisadiyyatın, elm və texnikanın, sənaye sahələrinin, texnologiyaların, idarəetmə sistemlərinin sürətli inkişafı və bir ölkədə yaradılıb tətbiq olunan nailiyyətlərin sürətlə digər ölkələrə yayılması ilə bağlı olduğunu bildirdi. Yasəf Mürşüdov XX əsrin 70-ci illərindən etibarən dünyanın aparıcı ölkələrində müasir biliklərin cəmiyyətdə yayılmasını təmin etmək məqsədi ilə, “ömürboyu təhsil” və ya “fasiləsiz təhsil” konsepsiyası çərçivəsində əlavə təhsil proqramları həyata keçirilməyə başladığını qeyd etdi. O, “ömür boyu təhsil” konsepsiyası təkcə təhsillilərə yox, orta məktəb və kollec şagirdlərinə, abituriyentlərə, ali orta ixtisas təhsilli müəssisələrinin tələbələrinə, təqaüdçülərə, ümumiyyətlə hər hansı bir fərdə yeni biliklərin və təcrübənin verilməsində geniş istifadə olunmağa başlandığını da qonaqların diqqətinə çatdırdı.
Daha sonra çıxış edən Qlazqo Universitetinin Təhsil fakültəsinin nümayəndəsi Julie McAdam “Ömür boyu təhsil: Siyasi baxış” və adıçəkilən universitetin nümayəndəsi Viliam Kane “Ömür boyu təhsil, dil və universitet” mövzularında məruzələrlə çıxış etdilər.
Konfransın üçüncü bölməsində ikitərəfli əlaqələrin inkişaf etdirilməsi və gələcək layihələrdə iştirak etmək, dil mərkəzlərinin kurslar vasitəsilə davamlı olmasının yolları müzakirə olundu.
Azərbaycan Tibb Universitetinin nümayəndəsi Çimnaz İsmayılova iştirakçıları salamlayaraq onlarla bir layihədə yer almaqdan məmnun olduğunu bildirdi. O, təmsil etdiyi ali təhsil müəssisəində bu layihə çərçivəsində xarici dil tədris edən müəllimlər üçün dil kurslarının təşkil edildiyini bildirdi.
Daha sonra digər iştirakçılarda təmsil etdikləri universitetlərdə Ömür boyu təhsilin hansı formalarda təşkil olunduğu haqqında danışdılar.
Konfrans müzakirələrlə sona çatdı.

ADU-nun Mətbuat Xidməti