Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 100 illiyi ilə əlaqədar “Azərbaycanca Vikipediya”da AXC-nin tanınmış şəxsiyyətləri haqqında məqalələr yaradılır, onlar barədə yarımçıq qalmış məlumatlar redaktə edilir. Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mərkəzi Elmi Kitabxanasının (MEK) təlim iştirakçısı tərəfindən “Azərbaycanca Vikipediya”da Naxçıvanın azad edilməsində əvəzsiz rol oynamış, Türkiyənin görkəmli hərbi və siyasi xadimi, general Kazım Qarabəkir Paşa haqqında məqalə yaradılıb.
MEK-dən Tehsil-press.az-a bildiriblər ki, məqalə ilə https://az.wikipedia.org/ linkində tanış olmaq mümkündür.
Məqalədə Kazım Qarabəkir Paşanın Azərbaycandakı fəaliyyəti, xüsusilə Naxçıvanın daşnaklardan təmizlənməsində göstərdiyi böyük xidmətlər haqqında ətraflı məlumat verilib. Kazım Qarabəkir Paşa “Alçıtəpə qəhrəmanı” ləqəbi ilə tanınır. Türk Qurtuluş savaşını başlayan komandirlər arasında yer alan bu cəsur hərbçi Şərq cəbhəsindəki uğurlarına görə “İstiqlal” medalı ilə təltif olunub.
Tehsil-press.az